https://sputnik.az/20230506/samaxida-suni-gol-dasib---vdeo-454565377.html
Şamaxıda süni göl daşıb - VİDEO
Şamaxıda süni göl daşıb - VİDEO
Sputnik Azərbaycan
FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T14:01+0400
2023-05-06T14:01+0400
2023-05-06T14:22+0400
azərbaycan
cəmiyyət
göl
daşqın
şamaxı
fhn
https://cdnn1.img.sputnik.az/img/41653/17/416531744_0:0:4128:2322_1920x0_80_0_0_cd8dd63713209d4794216449ec47997a.jpg
BAKI, 6 may - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Şamaxı rayonunun Çarhan kəndində yerləşən süni göldə suyun səviyyəsinin kəskin artması və gölün hər an daşaraq ətraf üçün təhlükə yaratması barədə məlumat daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində süni göldəki suyun səviyyəsi endirilərək daşma təhlükəsi aradan qaldırılıb. Bundan əlavə, yağan intensiv yağışlar səbəbindən Kürdəmir şəhərində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Nazirliyin Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41653/17/416531744_516:0:3612:2322_1920x0_80_0_0_f5e01a31b53deb4251b59c07cf1e2a13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, göl, daşqın, şamaxı, fhn
azərbaycan, göl, daşqın, şamaxı, fhn
Şamaxıda süni göl daşıb - VİDEO
14:01 06.05.2023 (Yenilənib: 14:22 06.05.2023) FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
BAKI, 6 may - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Şamaxı rayonunun Çarhan kəndində yerləşən süni göldə suyun səviyyəsinin kəskin artması və gölün hər an daşaraq ətraf üçün təhlükə yaratması barədə məlumat daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində süni göldəki suyun səviyyəsi endirilərək daşma təhlükəsi aradan qaldırılıb.
Bundan əlavə, yağan intensiv yağışlar səbəbindən Kürdəmir şəhərində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Nazirliyin Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.