https://sputnik.az/20230506/prilepine-qarsi-terror-aktina-gore-mesuliyyet-ukrayna-ve-abs-in-uzerine-dusur---rusiya-xn-454588741.html
Prilepinə qarşı terror aktına görə məsuliyyət Ukrayna və ABŞ-ın üzərinə düşür - Rusiya XİN
Prilepinə qarşı terror aktına görə məsuliyyət Ukrayna və ABŞ-ın üzərinə düşür - Rusiya XİN
Sputnik Azərbaycan
Nazirlik bəyan edib ki, xüsusi beynəlxalq təşkilatların terror aktı ilə bağlı susmasının qəbuledilməzdir. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T22:46+0400
2023-05-06T22:46+0400
2023-05-06T22:46+0400
rusiya
rusiya xin
terror
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_0:0:3072:1728_1920x0_80_0_0_3229338b6150467985e6a88b939a59a5.jpg
BAKI, 6 may - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, yazıçı Zaxar Prilepinə qarşı terror aktına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də ABŞ-ın üzərinə düşür.Xarici İşlər Nazirliyi qeyd edib ki, Prilepinə qarşı terror aktına və digər terror aktlarına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də onların “Qərb havadarlarının” üzərinə düşür. Bu, ilk növbədə 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişindən sonra Ukraynada neonasizmlə yoğrulan anti-Rusiya layihəsini bəsləyən ABŞ-a aiddir”.Şənbə günü səhər saatlarında rusiyalı yazıçısı Zaxar Prilepinin avtomobili Nijni Novqorod vilayətində magistral yolda partladılıb. Sürücü həlak olub, yazıçı yaralanıb.Prilepinin mətbuat xidməti onu da bildirib ki, partlayış nəticəsindəyazıçının silahdaşı, Rusiya Qvardiyasının “Oplot” batalyonunun əməkdaşı olan Aleksandr Şubin həlak olub.İsti izlərlə aparılmış axtarış nəticəsində Prilepinlə avtomobili partlatmaqda əli ola biləcək şəxs saxlanılıb. Daha sonra DİN saxlanılan şəxsin mümkün şəriklərinin axtarışını davam etdirdiyini açıqlayıb.Rusiya Federasiyasının İstintaq Komitəsindən qeyd ediblər ki, saxlanılan Aleksandr Permyakov Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü etiraf edib, Prilepinin avtomobilində quraşdırılmış partlayıcını uzaqdan işə salıb.Rusiya Federasiyasının İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230506/prilepinin-saglamligi-ucun-hec-bir-tehluke-yoxdur---qubernator-454586299.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_332:0:3063:2048_1920x0_80_0_0_7499845939303135ac1411d9cd98dec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, terror, abş, ukrayna
rusiya xin, terror, abş, ukrayna
Prilepinə qarşı terror aktına görə məsuliyyət Ukrayna və ABŞ-ın üzərinə düşür - Rusiya XİN
Nazirlik bəyan edib ki, xüsusi beynəlxalq təşkilatların terror aktı ilə bağlı susmasının qəbuledilməzdir.
BAKI, 6 may - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, yazıçı Zaxar Prilepinə qarşı terror aktına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də ABŞ-ın üzərinə düşür.
“Vaşinqtonun rusiyalı jurnalistə və ictimai xadimə qarşı növbəti terror aktını pislənməməsi ABŞ hakimiyyətinin özünü ifşa edir. Müvafiq beynəlxalq təşkilatların susması qəbuledilməzdir”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan mesajda deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Prilepinə qarşı terror aktına və digər terror aktlarına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də onların “Qərb havadarlarının” üzərinə düşür. Bu, ilk növbədə 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişindən sonra Ukraynada neonasizmlə yoğrulan anti-Rusiya layihəsini bəsləyən ABŞ-a aiddir”.
Şənbə günü səhər saatlarında rusiyalı yazıçısı Zaxar Prilepinin avtomobili Nijni Novqorod vilayətində magistral yolda partladılıb. Sürücü həlak olub, yazıçı yaralanıb.
Prilepinin mətbuat xidməti onu da bildirib ki, partlayış nəticəsindəyazıçının silahdaşı, Rusiya Qvardiyasının “Oplot” batalyonunun əməkdaşı olan Aleksandr Şubin həlak olub.
İsti izlərlə aparılmış axtarış nəticəsində Prilepinlə avtomobili partlatmaqda əli ola biləcək şəxs saxlanılıb. Daha sonra DİN saxlanılan şəxsin mümkün şəriklərinin axtarışını davam etdirdiyini açıqlayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsindən qeyd ediblər ki, saxlanılan Aleksandr Permyakov Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü etiraf edib, Prilepinin avtomobilində quraşdırılmış partlayıcını uzaqdan işə salıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.