Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prilepinin sağlamlığı üçün heç bir təhlükə yoxdur - Qubernator

© Sputnik / Григорий СысоевZaxar Prilepin
Zaxar Prilepin - Sputnik Azərbaycan, 1920, 06.05.2023
Abunə olmaq
Yazıçının avtomobili şənbə günü səhər saatlarında Nijni Novqorod vilayətində magistral yolda partladılıb.
BAKI, 6 may - Sputnik. Siyasətçi və yazıçı Zaxar Prilepinin sağlamlığına təhlükə yoxdur, o, yüngül sınıqlar alıb. Bu barədə RİA Novosti-yə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin bildirib.
Rusiyalı yazıçı və “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri Prilepinin olduğu avtomobil Nijni Novqorod vilayətində magistral yolda partladılıb, bu faktla bağlı cinayət işi açılıb. Bu barədə Rusiya Federasiyasının İstintaq İdarəsi məlumat yayıb.

“Zaxarın kiçik sınıqları var, lakin onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Nijni Novqorod həkimləri ona lazımi köməklik göstərirlər”, - Nikitin teleqram kanalında yazıb.

Şənbə günü səhər saatlarında hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə bildirib ki, Prilepinin avtomobili Nijni Novqorod vilayətində magistral yolda partladılıb.
Mənbənin sözlərinə görə, sürücü ölüb, Prilepin yaralanıb. Rusiya Daxili İşlər Nazirliyi Nijni Novqorod vilayətinin Borski rayonunun kəndlərindən birində Prilepinin avtomobilinin partladılmasını təsdiqləyib.
Partiya sədri Sergey Mironov bildirib ki, bunun “planlı və mütəşəkkil terror aktı” olması “artıq aydındır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0