https://sputnik.az/20230506/fransa-sulhe-ve-sabitliye-xidmet-etmeyen-texribatci-fikirlere-son-qoymalidir---xn-454554289.html
Fransa sülhə və sabitliyə xidmət etməyən təxribatçı fikirlərə son qoymalıdır - XİN
Fransa sülhə və sabitliyə xidmət etməyən təxribatçı fikirlərə son qoymalıdır - XİN
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirləri şərh edib. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T09:51+0400
2023-05-06T09:51+0400
2023-05-06T09:51+0400
siyasət
fransa
xin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_0:0:850:478_1920x0_80_0_0_b4c9e761d38363c6b919a0ef266a0bc8.jpg
BAKI, 6 may - Sputnik. Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavabında deyilir.Bununla yanaşı, nazirlik rəsmisi bildirib ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_82:0:789:530_1920x0_80_0_0_f34827d50babd27c60a21f2acde05664.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, xin, azərbaycan
Fransa sülhə və sabitliyə xidmət etməyən təxribatçı fikirlərə son qoymalıdır - XİN
Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirləri şərh edib.
BAKI, 6 may - Sputnik. Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavabında deyilir.
"Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir", - deyə açıqlamada bildirilir.
Bununla yanaşı, nazirlik rəsmisi bildirib ki, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur.
"Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır", - deyə nazirlik rəsmisi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.