https://sputnik.az/20230506/araz-vadisi-senaye-parkinda-420-den-cox-daimi-is-yeri-aclacaq-454568340.html
Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açlacaq
Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açlacaq
Sputnik Azərbaycan
Artıq 5 sahibkarlıq subyekti sənaye parkının rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T22:20+0400
2023-05-06T22:20+0400
2023-05-06T22:20+0400
iqtisadiyyat
araz
ələt azad iqtisadi zonası
https://cdnn1.img.sputnik.az/img/42394/55/423945555_0:0:3072:1728_1920x0_80_0_0_4e9d4246c3a78cb26ae7b626f0d5a477.jpg
BAKI, 6 may - Sputnik. “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə 200 hektarlıq ərazidə yerləşdirilib. Artıq sənaye parkında xeyli işlər görülüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədr müavini Elkiyar Ziyadov deyib.Onun sözlərinə görə, müəssisələrdə çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi və s. quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. 630 Kv-luq transformator quraşdırılıb. İnzibati binanın tikintisi və parkın ərazisində dəmir yolunun layihələndirilməsi işləri görülür. Qeyd olunub ki, Araz vadisi iqtisadi zonası sənaye parkının logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir:Qeyd edək ki, Cəbrayıl rayonu ərazisində, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlinin qoyulması, yeni iş yerlərinin açılmasına və bu zonada yaşayacaq vətəndaşların rifah halının yaxşılaşdırmasına xidmət edəcək. Məlumat üçün onu da bildirək ki, Cəbrayıl rayonu ərazisində salınan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ölkədə sayca yeddinci sənaye parkı olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42394/55/423945555_341:0:3072:2048_1920x0_80_0_0_87573c02144f59bef7d7c2a4d374265c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
araz, ələt azad iqtisadi zonası
araz, ələt azad iqtisadi zonası
Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açlacaq
Artıq 5 sahibkarlıq subyekti sənaye parkının rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb.
BAKI, 6 may - Sputnik. “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə 200 hektarlıq ərazidə yerləşdirilib. Artıq sənaye parkında xeyli işlər görülüb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədr müavini Elkiyar Ziyadov deyib.
Onun sözlərinə görə, müəssisələrdə çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi və s. quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. 630 Kv-luq transformator quraşdırılıb. İnzibati binanın tikintisi və parkın ərazisində dəmir yolunun layihələndirilməsi işləri görülür.
Qeyd olunub ki, Araz vadisi iqtisadi zonası sənaye parkının logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir:
“Araz vadisi sənaye parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin etməklə parkın əhəmiyyətini artırır. Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin edilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Cəbrayıl rayonu ərazisində, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlinin qoyulması, yeni iş yerlərinin açılmasına və bu zonada yaşayacaq vətəndaşların rifah halının yaxşılaşdırmasına xidmət edəcək. Məlumat üçün onu da bildirək ki, Cəbrayıl rayonu ərazisində salınan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ölkədə sayca yeddinci sənaye parkı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.