https://sputnik.az/20230505/xn-diplomatik-korpusumuzun-4-emekdasinin-arzuolunmaz-sexs-elan-edildiyini-tesdiqledi-454528866.html
XİN diplomatik korpusumuzun 4 əməkdaşının "arzuolunmaz şəxs" elan edildiyini təsdiqlədi
XİN diplomatik korpusumuzun 4 əməkdaşının "arzuolunmaz şəxs" elan edildiyini təsdiqlədi
Sputnik Azərbaycan
İran, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T13:55+0400
2023-05-05T13:55+0400
2023-05-05T13:55+0400
siyasət
iran
arzuolunmaz şəxslər
konsulluq
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 5 may — Sputnik. Mətbuatda bu günlərdə yayılmış sözügedən xəbər yeni deyil. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib. "Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi. İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir", - XİN rəsmisi qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, arzuolunmaz şəxslər, konsulluq, azərbaycan xin
iran, arzuolunmaz şəxslər, konsulluq, azərbaycan xin
XİN diplomatik korpusumuzun 4 əməkdaşının "arzuolunmaz şəxs" elan edildiyini təsdiqlədi
İran, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib.
BAKI, 5 may — Sputnik. Mətbuatda bu günlərdə yayılmış sözügedən xəbər yeni deyil.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.
"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi.
İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib.
Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir", - XİN rəsmisi qeyd edib.