https://sputnik.az/20230505/susada-xaribulbul-beynelxalq-musiqi-festivali-kecirilecek-454516073.html
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Sputnik Azərbaycan
3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T10:35+0400
2023-05-05T10:35+0400
2023-05-05T10:49+0400
mədəniyyət
şuşa
festival
beynəlxalq festival
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_0:0:3169:1784_1920x0_80_0_0_b660ddabab2c91e2eabdfe764d68cd20.jpg
BAKI, 5 may — Sputnik. "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılış mərasiminin keçiriləcəyi tarix məlum olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirin rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Mayın 9-11-də isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər. Xatırladaq ki, ötən ilin may ayının 5-də Şuşada "Xarıbülbül" beşinci beynəlxalq musiqi festivalı keçirilib. Festivalın əsnəbi iştirakçıları öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini təqdim ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_197:0:2928:2048_1920x0_80_0_0_de06014947b7bed3d7b1324f4d05ff6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, festival, beynəlxalq festival
şuşa, festival, beynəlxalq festival
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək
10:35 05.05.2023 (Yenilənib: 10:49 05.05.2023) 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
BAKI, 5 may — Sputnik. "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılış mərasiminin keçiriləcəyi tarix məlum olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirin rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.
Mayın 9-11-də isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
Budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.
Xatırladaq ki, ötən ilin may ayının 5-də Şuşada "Xarıbülbül" beşinci beynəlxalq musiqi festivalı keçirilib. Festivalın əsnəbi iştirakçıları öz ölkələrinin folklorunu, xalq musiqisinin digər müasir musiqi janrları ilə sintezini təqdim ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.