SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyanın səfiri: Bakı ilə Moskvanın münasibətlərinə heç kim zərbə vura bilməyəcək

© Sputnik / Murad OrujovБизнес-форум Азербайджан-Татарстан
Бизнес-форум Азербайджан-Татарстан - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Boçarnikov qeyd edib ki, Azərbaycan və Rusiya Federasiyası arasındakı münasibətlərdə müsbət irəliləyişlər Qərbin görünməmiş təzyiqləri fonunda baş verir və bu təzyiqlər Rusiyaya dost ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur edir.
BAKI, 5 may — Sputnik. Heç kim Azərbaycan və Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura və iri regional layihələrin inkişafına mane ola bilməyəcək.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "Moskva-Bakı: İki paytaxtın dialoqu" konfransında bəyan edib.
"Hesab edirəm ki, heç kimin mehriban qonşuluq münasibətlərimizə zərbə vura bilməyəcəyinə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi iri regional layihələrin inkişafına mane ola bilməyəcəyinə əminliyi ifadə etmək üçün doğru zaman və yerdir", - deyə səfir bildirib.
O xatırladıb ki, 17 mart 2023-cü ildə Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin iştirakı ilə "Xanoba" super müasir gömrük-sərhəd keçid məntəqəsinin təntənəli açılışı olub ki, bu da yük daşımalarının həcminin artmasına kömək edəcək.
Boçarnikovun sözlərinə görə, Bakı və Moskva arasında 2022-ci ildə işə salınan aqroexpresslər də fasiləsiz logistikanın təmin edilməsinə cavabdehdir - sürətli qatarlar ərzaq daşınması üçün nəzərdə tutulublar.
Səfir bildirib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin artımı, təxminən 24% təşkil edərək 3,71 milyard dollara çatıb.
Diplomat əlavə edib ki, bundan əlavə, Rusiyadan Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 6 milyard dolları ötür. O da maraqlıdır ki, bu gün Azərbaycanda Rusiyanın iştirakı ilə 1456 müəssisə qeydiyyatdan keçib, - deyə Boçarnikov bildirib.
"Qeyd etmək istərdim ki, heç kimə sirr deyil ki, dost dövlətləri anti-Rusiya sanksiyalarına qoşulmağa və Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa vadar edən Qərbin görünməmiş təzyiqləri fonunda ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda müsbət irəliləyişlər baş verir", - deyə Boçarnikov bildirib.
Belə ki, onun fikrincə, Qərb "qırmanc və şirin kökə" taktikasına əl atır. "Şirin kökə" iqtisadi yardıma əlavə sərmayə qoyuluşu vədidir, "qırmanc" isə Rusiya ilə əməkdaşlığı kəsməkdən imtinaya görə ikinci dərəcəli məhdudiyyətlər tətbiq etmək təhlükəsidir.
"Təbii ki, bu cür hərəkətlər BMT-nin insan hüquqları sahəsində fundamental sənədi olan beynəlxalq hüquq normalarına ziddir. Birtərəfli sanksiyalar rejimlərinin ərazidən kənarda tətbiqi tamamilə qanunsuzdur.
Əslində, əleyhinə qeyri-qanuni restruktiv tədbirlər tətbiq olunanlarla qarşılıqlı faydalı ticarət, iqtisadi əlaqələrinin qorunması və inkişafı məqsədi ilə dövlətlərarası münasibətlərin praktikasına üçüncü ölkələrin, vətəndaşların və biznesin məsuliyyəti prinsipi daxil edilir ", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Qərb ölkələrinin gömrük sahəsində ilk növbədə malların hərəkətini izləmək üçün gömrük onlayn alətlərinin tətbiqi kontekstindəki yardımları da təsadüfi deyil.
"Belə yardımın məqsədi təkcə sanksiyaya məruz qalan məhsulların potensial təkrar ixracının qarşısını almaq deyil, həm də Rusiya Federasiyasına dost olan ölkələrin bütün ticarət dövriyyəsini nəzarətə götürməkdir", - deyə Rusiyanın Bakıdakı diplomatik missiyasının rəhbəri izah edib.
Onun fikrincə, Qərb Rusiya və Çinlə qarşıdurma kontekstində onun maraqlarına uyğun olan bütün Avrasiya regionunda sabitliyi pozmağı hədəfləyir.
"Anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı güzəştlər istər-istəməz Qərb tərəfindən milli xarici iqtisadi müstəqilliyin olmamasının və öz maraqlarının zərərinə Qərbin sanksiyaları xəttini layiqincə izləməyə hazırlığın əlaməti kimi qəbul ediləcək", - deyə Boçarnikov bəyan edib.
Səfir çıxışını yekunlaşdıraraq qeyd edib ki, Rusiya Federasiyası və Azərbaycan bundan sonra da Heydər Əliyevin iki ölkə arasında münasibətlərin daha yaxşı, daha geniş və səmərəli olmasına yönəlmiş xəttinin davam etdirilməsi üçün mümkün olan hər şeyi edəcəklər.
Xəbər lenti
0