SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

RF və Azərbaycan beynəlxalq informasiya təhlükəsizliyinin təminini müzakirə ediblər

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib
BAKI, 5 may — Sputnik. Bakıda beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə Rusiya-Azərbaycan idarələrarası məsləhətləşmələr keçirilib. Bu barədə cümə günü Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, görüş iştirakçıları "Rusiya və Azərbaycanın BMT Nizamnaməsinin prinsipləri əsasında informasiya sferasında təhlükələrin qarşısının alınmasına yanaşmalarının yaxınlığını təsdiqləyiblər". Həmçinin müvafiq ikitərəfli sazişin həyata keçirilməsi ilə bağlı bütün məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Məsləhətləşmələrdən sonra 2023-2025-ci illər üçün beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi planının layihəsi razılaşdırılıb", - Rusiya Təhlükəsizlik Şurasından əlavə edilib.
Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov rəhbərlik edib. Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib və o, Moskva ilə Bakı arasında "təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini" qeyd edib.
Xəbər lenti
0