DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb hərbi gücünü artırmağa davam edərsə, hərbi münaqişələr qaçılmazdır – Orban

© AP Photo / Olivier Matthys Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Viktor Orban hesab edir ki, Yer kürəsinin əhalisi artır, Qərbin əhalisi isə azalır. Qərb, yalnız hərbi gücdə birincidir.
BAKI, 5 may — Sputnik. Qərb tədricən iqtisadiyyatda və demoqrafik sahədə öz mövqeyini itirir, yalnız hərbi güc baxımından rəqabətqabiliyyətli qalır ki, bu da gələcəkdə hərbi münaqişələrə səbəb olacaq.
Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
O xatırladıb ki, 30 il əvvəl dünya istehsalının 60%-dən çoxu Qərb dünyasının payına düşürdüsə, hazırda bu rəqəm 40%-ə yaxındır. Tələb olunan enerji xammalının 80%-i isə Qərb ölkələrində istehsal olunmur.
"Demoqrafiya sahəsində də işlərimiz pisdir. Yer kürəsinin əhalisi artır, Qərbin əhalisi isə azalır. Məskunlaşma və miqrasiya problemi həll etmir, ancaq ört-basdır edir. Yalnız hərbi gücdə biz birinciyik. İlk baxışda, bu yaxşı xəbərdir. Amma ikinci baxışda bütün digər üstünlükləri itirib yalnız silahda rəqabət qabiliyyətini saxlasaq, bunun hərbi münaqişələrə gətirib çıxaracağı açıq-aşkar görünür. Hazırda bu proses baş verir", - deyə Orban Budapeştdə keçirilən Mühafizəkar Siyasi Hərəkətlər Konfransında çıxış edərkən bildirib.
Daha əvvəl Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya ilə ABŞ arasında danışıqlardan sonra bərqərar ola bilər. Avropa isə Minsk razılaşmalarını yerinə yetirə bilmədiyi üçün vasitəçilik şansını əldən verib.
Xəbər lenti
0