https://sputnik.az/20230505/olum-haqqinda-tibbi-sehadetname-nece-verilir-resmi-aciqlandi-454517638.html
Ölüm haqqında tibbi şəhadətnamə necə verilir? Rəsmi açıqlandı
Ölüm haqqında tibbi şəhadətnamə necə verilir? Rəsmi açıqlandı
Sputnik Azərbaycan
Mərkəzin məlumatına görə, əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T11:32+0400
2023-05-05T11:32+0400
2023-05-05T12:00+0400
rəsmi
cəmiyyət
ölüm
təcili və təxirəsalınmaz tibbi yardım stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 5 may — Sputnik. Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin məlumatında bildirilib. Qeyd edilib ki, əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə "xəbərdarlıq vərəqəsi" doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir: "Həmin "xəbərdarlıq vərəqəsi" vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir". "Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir", - deyə məlumatda qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəsmi, ölüm, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası
rəsmi, ölüm, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası
Ölüm haqqında tibbi şəhadətnamə necə verilir? Rəsmi açıqlandı
11:32 05.05.2023 (Yenilənib: 12:00 05.05.2023) Mərkəzin məlumatına görə, əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir.
BAKI, 5 may — Sputnik. Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə "xəbərdarlıq vərəqəsi" doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir: "Həmin "xəbərdarlıq vərəqəsi" vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir".
"Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir", - deyə məlumatda qeyd edilib.