https://sputnik.az/20230505/macaristan-vatikana-ukraynada-sulhmeramli-missiyada-komek-etmeye-hazirdir---siyarto-454498406.html
Macarıstan Vatikana Ukraynada sülhməramlı missiyada kömək etməyə hazırdır - Siyarto
Macarıstan Vatikana Ukraynada sülhməramlı missiyada kömək etməyə hazırdır - Siyarto
Sputnik Azərbaycan
Papa Fransisk Macarıstana apostol səfərindən sonra jurnalistlərə bildirib ki, Vatikan Ukraynadakı münaqişənin həlli üçün "sülh missiyası" həyata keçirir. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T07:40+0400
2023-05-05T07:40+0400
2023-05-05T07:40+0400
macarıstan
dünya xəbərləri
vatikan
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/01/19/451024728_0:160:3073:1888_1920x0_80_0_0_617a65afdbb3d7c1b8751bed08c7a365.jpg
BAKI, 5 may — Sputnik. Macarıstan Vatikana Ukraynadakı münaqişənin həlli üzrə sülhməramlı missiyasını yerinə yetirmək üçün istənilən yardımı göstərməyə hazırdır. Bunu cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Bazar günü Papa Fransisk Macarıstana apostol səfərindən sonra jurnalistlərə bildirib ki, Vatikan Ukraynadakı münaqişənin həlli üçün "sülh missiyası" həyata keçirir. Onun sözlərinə görə, bu missiya "hələ açıq deyil" və bu barədə yalnız sonra ətraflı danışmaq mümkün olacaq. Vatikanın təşəbbüsünü şərh edən Siyarto deyib: "Biz Ukraynada sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik və Müqəddəs Atanın sülhün tərəfdarı olduğuna ürəkdən məmnunuq. "Vatikan bu məsələdə Macarıstandan hər hansı yardıma ehtiyac duyarsa, o zaman Macarıstan hökumətinə arxalana bilər", - XİN rəhbəri bildirib. Siyarto Vatikanın münaqişənin həlli üçün sülhməramlı səylər göstərdiyi bir vaxtda, bütün Aİ ölkələrinin Ukraynaya silah tədarükünü artırmağa davam etdiyinə də diqqət çəkib. "Silah tədarükünə çağıranlar hərbi əməliyyatların genişlənməsi riskini yaradırlar. Ukraynaya nə qədər çox silah verilsə, bu müharibə bir o qədər çox davam edəcək və bir o qədər çox insan həlak olacaq", - deyə nazir bildirib. O vurğulayıb ki, bu səbəbdən Macarıstan Ukraynaya silah tədarük etməməyə davam edəcək və bunun əvəzinə diqqəti sülh danışıqlarına yönəltməyi xahiş edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/19/451024728_170:0:2901:2048_1920x0_80_0_0_92b61bfcc5c50c644f50a8fb40a2b340.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
macarıstan, vatikan, ukrayna
macarıstan, vatikan, ukrayna
Macarıstan Vatikana Ukraynada sülhməramlı missiyada kömək etməyə hazırdır - Siyarto
Papa Fransisk Macarıstana apostol səfərindən sonra jurnalistlərə bildirib ki, Vatikan Ukraynadakı münaqişənin həlli üçün "sülh missiyası" həyata keçirir.
BAKI, 5 may — Sputnik. Macarıstan Vatikana Ukraynadakı münaqişənin həlli üzrə sülhməramlı missiyasını yerinə yetirmək üçün istənilən yardımı göstərməyə hazırdır. Bunu cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Bazar günü Papa Fransisk Macarıstana apostol səfərindən sonra jurnalistlərə bildirib ki, Vatikan Ukraynadakı münaqişənin həlli üçün "sülh missiyası" həyata keçirir. Onun sözlərinə görə, bu missiya "hələ açıq deyil" və bu barədə yalnız sonra ətraflı danışmaq mümkün olacaq.
Vatikanın təşəbbüsünü şərh edən Siyarto deyib: "Biz Ukraynada sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik və Müqəddəs Atanın sülhün tərəfdarı olduğuna ürəkdən məmnunuq.
"Vatikan bu məsələdə Macarıstandan hər hansı yardıma ehtiyac duyarsa, o zaman Macarıstan hökumətinə arxalana bilər", - XİN rəhbəri bildirib.
Siyarto Vatikanın münaqişənin həlli üçün sülhməramlı səylər göstərdiyi bir vaxtda, bütün Aİ ölkələrinin Ukraynaya silah tədarükünü artırmağa davam etdiyinə də diqqət çəkib. "Silah tədarükünə çağıranlar hərbi əməliyyatların genişlənməsi riskini yaradırlar. Ukraynaya nə qədər çox silah verilsə, bu müharibə bir o qədər çox davam edəcək və bir o qədər çox insan həlak olacaq", - deyə nazir bildirib.
O vurğulayıb ki, bu səbəbdən Macarıstan Ukraynaya silah tədarük etməməyə davam edəcək və bunun əvəzinə diqqəti sülh danışıqlarına yönəltməyi xahiş edir.