CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

© AR Ministry of DefenceHərbi vəzifəlilərin təlim toplanışı keçirilir
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
İdris İsayev deyib ki, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar.
BAKI, 5 may — Sputnik. "Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik".
Bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir:
"Bildiyiniz kimi, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm".
Qeyd edək ki, Azərbaycanda peşə məktəblərinə diqqət artırılsa da, peşə təhsili alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi peşə təhsilinə marağı azaldır. Milli Məclisin iclasında məsələni gündəmə gətirən Etibar Əliyev bildirib ki, peşə məktəblərində təhsil alan oğlanları ilin ortasında hərbi xidmətə çağırırlar. Onların əksəriyyəti hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər.
Məlumat üçün bildirək ki, 20 yaşa qədər gənclərə peşə təhsili müddətində hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün Təhsil Nazirliyi tərəfindən təkliflərin edilməsi nəzərdə tutulur. Xatırladaq ki, bu məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla tənzimlənir. Qanunun 21-ci maddəsində təhsilini davam etdirmək üçün çağırışa möhlət verilməsinə həsr olunub. Həmin maddədə qeyd olunub ki, təhsil alan çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Xəbər lenti
0