DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada COVID-19-la bağlı fövqəladə vəziyyət başa çatıb

© AFP 2024 / SIMON MAINAKoronavirusun təsviri olan qraffiti, arxiv şəkli
Koronavirusun təsviri olan qraffiti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
ÜST COVID-19-un pandemiya statusunu ləğv edib.
BAKI, 5 may - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus keçirdiyi brifinqdə bildirib ki, 2020-ci ildə pandemiya başlayandan bəri ən azı 20 milyon insan COVID-19-dan dünyasını dəyişib.
"2020-ci ildən bəri rəsmi olaraq təxminən 7 milyon insan COVID-19-dan öldü, lakin real rəqəmlər daha çoxdur. Söhbət ən azı 20 milyon ölüdən gedir", - o deyib.
Gebreyesus COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət başa çatdığını da elan edib.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 831128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820689 nəfər müalicə olunaraq sağalıb, 10230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.
Xəbər lenti
0