https://sputnik.az/20230505/dm-sedri-xi-sinif-buraxilis-imtahanlarinin-neticelerini-aciqladi-454531668.html
DİM sədri XI sinif buraxılış imtahanlarının nəticələrini açıqladı
DİM sədri XI sinif buraxılış imtahanlarının nəticələrini açıqladı
Sputnik Azərbaycan
Məleykə Abbaszadə bildirib ki, hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T15:40+0400
2023-05-05T15:40+0400
2023-05-05T15:57+0400
imtahan
təhsil
dövlət imtahan mərkəzi
məleykə abbaszadə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 5 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanlarının ilkin təhlilini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o bildirib ki, bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili nəticələrin ötənilki nəticələrlə təxminən eyni səviyyədə olduğunu göstərir. DİM sədri qeyd edib ki, hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. "Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır və bu da gözlənilən haldır. Nəticələri təhlil edəndə hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəllif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun atmalıyıq. Ümumiyyətlə, ölkə üzrə nəticələrin yüksək olması üçün bütün məktəblərdə təlim-tədris prosesi düzgün qurulmalıdır". Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.
https://sputnik.az/20230505/bu-il-niye-700-bal-toplayan-olmadi-dm-sedrinden-aciqlama-454528992.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, dövlət imtahan mərkəzi, məleykə abbaszadə
imtahan, dövlət imtahan mərkəzi, məleykə abbaszadə
DİM sədri XI sinif buraxılış imtahanlarının nəticələrini açıqladı
15:40 05.05.2023 (Yenilənib: 15:57 05.05.2023) Məleykə Abbaszadə bildirib ki, hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir.
BAKI, 5 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanlarının ilkin təhlilini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o bildirib ki, bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili nəticələrin ötənilki nəticələrlə təxminən eyni səviyyədə olduğunu göstərir.
DİM sədri qeyd edib ki, hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. "Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır və bu da gözlənilən haldır. Nəticələri təhlil edəndə hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəllif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun atmalıyıq. Ümumiyyətlə, ölkə üzrə nəticələrin yüksək olması üçün bütün məktəblərdə təlim-tədris prosesi düzgün qurulmalıdır".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.