https://sputnik.az/20230505/bu-sexsler-risk-qrupu-hamileler-hesab-olunur--nazirlik-resmisi-454537781.html
Bu şəxslər risk qrupu hamilələr hesab olunur -Nazirlik rəsmisi
Bu şəxslər risk qrupu hamilələr hesab olunur -Nazirlik rəsmisi
Sputnik Azərbaycan
Aynurə Əhmədova bildirib ki, belə qadınlar müntəzəm müayinələrdən keçməlidirlər ki, problem aşkarlanarsa, müdaxilə vaxtında icra oluna bilsin. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T19:25+0400
2023-05-05T19:25+0400
2023-05-05T19:39+0400
hamilə
səhiyyə
həkim
https://cdnn1.img.sputnik.az/img/42146/65/421466515_0:320:3072:2048_1920x0_80_0_0_db991d044969d9a8d75260d1ab58b677.jpg
BAKI, 5 may — Sputnik. "Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq" Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova nazirliyin saytına müsahibəsində deyib. - Bildiyiniz kimi, mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür. Aynurə xanım, Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz… - Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar əntiq Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır. 1987-ci ildə Niderlanda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd olunan Beynəlxalq günün əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. - Doktor, ana və uşaq sağlamlığı üçün ilk ata biləcəyimiz addım nələrdən ibarətdir? - İlk vacib məqam antenatal (doğuşaqədər nəzarət) qulluğun düzgün şəkildə təşkil olunmasıdır. Antenatal qulluğun məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəni valideynliyə hazırlanmasında kömək etməkdir. Qeyd etmək istəyirəm ki, ötən il respublikada "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə" yenilənmiş klinik protokol dərc olunub. Protokola uyğun olaraq, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7 dəfə həkim məsləhətindən keçməlidir. Birinci trimestrdə - ayda bir dəfə, ikinci trimestrdə - 2-3 həftədən bir, 36 həftədən doğuşa qədər - həftədə bir dəfə. Həmçinin, hər konsultasiya zamanı müvafiq müayinələr aparılmalı, fövqəladə hal aşkar edilərsə, lazımi müdaxilələr edilməlidir. Düzgün göstərilən antenatal qulluq ilə vaxtında fəsadların qarşısını almaq olar. Bu məqsədlə tibb işçiləri, gələcək ana və tibb müəssisəsi tərəfindən düzgün yanaşma mütləqdir. - Hamilə qadın antenatal qulluq zamanı əsasən hansı müayinələrdən keçməlidir? - Antenatal qulluq zamanı anemiyanın vaxtında aşkarlanması üçün ən vacib olan müayinə qanın ümumi analizi hesab olunur. Çünki qan azlığı olan hamilə qadınlarda qanaxma riski olan zaman normadan çox qan itkisi ağır vəziyyət yarada bilər. Hətta son təlimatlarda anemiyası olmayan qadınlara belə anemiyanın profilaktikası məqsədilə dəmir preparatları təyin olunur. Dəmir preparatları və fol turşusunun qəbulu müəyyən ağırlaşmaların qarşısını almaq üçün əsas məqamlardan hesab olunur. Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti, həmçinin xərçəngin qarşısının alınması üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır. Hamiləlikdən 3 ay öncə və hamiləliyin 12-ci həftəsinə qədər gələcək anaya gündəlik 400 mikroqram dozada fol turşusunun təyin edilməsi tövsiyə olunur. Bu, döldə sinir sisteminin inkişaf qüsurlarının qarşısını almaq üçün məsləhətdir. Hamiləliyin normal gedişi üçün aparılan müayinələr arasında əsas yerlərdən birini sidiyin ümumi analizi tutur. Daha sonra ilk konsultasiyalar zamanı müəyyən infeksiyalar - Hepatit B, C, sifilis, İİV, Rubella IgG yoxlanılmalı, uşaqlıq yolundan yaxma götürülməlidir. Yaxma analizi zamanı hansısa bakterial vaginoz, qeyri-spesifik vaginit aşkarlanarsa, gələcəkdə vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl axması kimi problemlərlə qarşılaşmamaq üçün erkən mərhələdə müalicəsi aparılmalıdır. Məhz bu müayinələrin icrası üçün qadın hamiləliyin 12-ci həftəsinə qədər mama-ginekoloqun konsultasiyasına gəlməlidir. 12 həftədən sonra baş tutan konsultasiyalarda hamiləliyin gedişatında hər hansısa dəyişikliyin olub-olmamasını aydınlaşdırmaq üçün hər ay qanın və sidiyin ümumi analizi mütləq şəkildə müayinə olunur. - Risk qrupuna aid hamilələr hansılar hesab olunur və onların hamiləliyi necə aparılmalıdır? - Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq. Sosial-bioloji faktorlar, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir. Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidirlər ki, problem aşkarlanarsa, müdaxilə vaxtında icra oluna bilsin. - Hansı hallarda hamilə qadın mütləq şəkildə həkimə müraciət etməlidir? - Hamiləlik dövründə, xüsusən də II trimestrində baş ağrıları, ürəkbulanma və qusma tez-tez olduğu təqdirdə həkimə müraciət mütləqdir. Eyni zamanda, əgər uşaqlıq yolundan sulu və qanlı ifrazat gəlirsə, qarın nahiyəsində ağrı varsa, dölün hərəkətlərində zəifləmə və yaxud da tərpəniş, ümumiyyətlə, hiss olunmursa, sidik ifrazında azalma, yüksək təzyiq və ətraflarda ödem müşahidə olunursa, bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42146/65/421466515_318:0:3049:2048_1920x0_80_0_0_31d44625f5e3f0aa3040203c41187c33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hamilə, həkim
Bu şəxslər risk qrupu hamilələr hesab olunur -Nazirlik rəsmisi
19:25 05.05.2023 (Yenilənib: 19:39 05.05.2023) Aynurə Əhmədova bildirib ki, belə qadınlar müntəzəm müayinələrdən keçməlidirlər ki, problem aşkarlanarsa, müdaxilə vaxtında icra oluna bilsin.
BAKI, 5 may — Sputnik. "Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq"
Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova nazirliyin saytına müsahibəsində deyib.
- Bildiyiniz kimi, mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür. Aynurə xanım, Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz…
- Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar əntiq Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.
1987-ci ildə Niderlanda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd olunan Beynəlxalq günün əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir.
- Doktor, ana və uşaq sağlamlığı üçün ilk ata biləcəyimiz addım nələrdən ibarətdir?
- İlk vacib məqam antenatal (doğuşaqədər nəzarət) qulluğun düzgün şəkildə təşkil olunmasıdır. Antenatal qulluğun məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəni valideynliyə hazırlanmasında kömək etməkdir. Qeyd etmək istəyirəm ki, ötən il respublikada "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə" yenilənmiş klinik protokol dərc olunub. Protokola uyğun olaraq, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7 dəfə həkim məsləhətindən keçməlidir. Birinci trimestrdə - ayda bir dəfə, ikinci trimestrdə - 2-3 həftədən bir, 36 həftədən doğuşa qədər - həftədə bir dəfə.
Həmçinin, hər konsultasiya zamanı müvafiq müayinələr aparılmalı, fövqəladə hal aşkar edilərsə, lazımi müdaxilələr edilməlidir. Düzgün göstərilən antenatal qulluq ilə vaxtında fəsadların qarşısını almaq olar. Bu məqsədlə tibb işçiləri, gələcək ana və tibb müəssisəsi tərəfindən düzgün yanaşma mütləqdir.
- Hamilə qadın antenatal qulluq zamanı əsasən hansı müayinələrdən keçməlidir?
- Antenatal qulluq zamanı anemiyanın vaxtında aşkarlanması üçün ən vacib olan müayinə qanın ümumi analizi hesab olunur. Çünki qan azlığı olan hamilə qadınlarda qanaxma riski olan zaman normadan çox qan itkisi ağır vəziyyət yarada bilər. Hətta son təlimatlarda anemiyası olmayan qadınlara belə anemiyanın profilaktikası məqsədilə dəmir preparatları təyin olunur.
Dəmir preparatları və fol turşusunun qəbulu müəyyən ağırlaşmaların qarşısını almaq üçün əsas məqamlardan hesab olunur. Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti, həmçinin xərçəngin qarşısının alınması üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır. Hamiləlikdən 3 ay öncə və hamiləliyin 12-ci həftəsinə qədər gələcək anaya gündəlik 400 mikroqram dozada fol turşusunun təyin edilməsi tövsiyə olunur. Bu, döldə sinir sisteminin inkişaf qüsurlarının qarşısını almaq üçün məsləhətdir.
Hamiləliyin normal gedişi üçün aparılan müayinələr arasında əsas yerlərdən birini sidiyin ümumi analizi tutur. Daha sonra ilk konsultasiyalar zamanı müəyyən infeksiyalar - Hepatit B, C, sifilis, İİV, Rubella IgG yoxlanılmalı, uşaqlıq yolundan yaxma götürülməlidir. Yaxma analizi zamanı hansısa bakterial vaginoz, qeyri-spesifik vaginit aşkarlanarsa, gələcəkdə vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl axması kimi problemlərlə qarşılaşmamaq üçün erkən mərhələdə müalicəsi aparılmalıdır. Məhz bu müayinələrin icrası üçün qadın hamiləliyin 12-ci həftəsinə qədər mama-ginekoloqun konsultasiyasına gəlməlidir. 12 həftədən sonra baş tutan konsultasiyalarda hamiləliyin gedişatında hər hansısa dəyişikliyin olub-olmamasını aydınlaşdırmaq üçün hər ay qanın və sidiyin ümumi analizi mütləq şəkildə müayinə olunur.
- Risk qrupuna aid hamilələr hansılar hesab olunur və onların hamiləliyi necə aparılmalıdır?
- Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq. Sosial-bioloji faktorlar, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir. Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidirlər ki, problem aşkarlanarsa, müdaxilə vaxtında icra oluna bilsin.
- Hansı hallarda hamilə qadın mütləq şəkildə həkimə müraciət etməlidir?
- Hamiləlik dövründə, xüsusən də II trimestrində baş ağrıları, ürəkbulanma və qusma tez-tez olduğu təqdirdə həkimə müraciət mütləqdir.
Eyni zamanda, əgər uşaqlıq yolundan sulu və qanlı ifrazat gəlirsə, qarın nahiyəsində ağrı varsa, dölün hərəkətlərində zəifləmə və yaxud da tərpəniş, ümumiyyətlə, hiss olunmursa, sidik ifrazında azalma, yüksək təzyiq və ətraflarda ödem müşahidə olunursa, bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır.