https://sputnik.az/20230505/bakidan-agdama-birbasa-demir-yolu-reysi-acilacaq-454532793.html
Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq
Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq
Sputnik Azərbaycan
Tural Abbaslı bildirib ki, Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T21:21+0400
2023-05-05T21:21+0400
2023-05-05T21:21+0400
dəmir yolu
cəmiyyət
ağdam
bakı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962565_1:0:1958:1101_1920x0_80_0_0_2da95a76ec45e9255ab0d1595b2b2315.jpg
BAKI, 5 may — Sputnik. Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlama verib. Bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub: "Yol bir xəttli olacaq və hal-hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq". İdarə rəisi əlavə edib ki, Bərdə-Ağdam Stansiyasının 2020-ci il noyabr ayının 24-də Prezidentin 2305 nömrəli sənancamına əsasən tikintisi başlayıb: "Ümumi ox üzrə 47.1 km, yan yollarla birlikdə isə 57.8 km dəmir yolunun tikintisi nəzərdə tutulur. Artıq yolun 56.9 km-i salınıb. Hal-hazırda Ağdam stansiyasında 5 yan yol salınıb. Tikinti üzrə isə 90% layihələndirmə işləri yerinə yetirilib. Bərdə stansiyasında söküntü işləri başlayıb, köhnə stansiya sökülərək yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub və Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. Gözləntimiz odur ki, iyun ayının ortalarına layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında sahədə işlərə başlayaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962565_246:0:1714:1101_1920x0_80_0_0_60750621dfed7cd66ede0ad477c5e33a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu, ağdam, bakı
Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq
Tural Abbaslı bildirib ki, Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq.
BAKI, 5 may — Sputnik. Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlama verib.
Bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub:
"Yol bir xəttli olacaq və hal-hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq".
İdarə rəisi əlavə edib ki, Bərdə-Ağdam Stansiyasının 2020-ci il noyabr ayının 24-də Prezidentin 2305 nömrəli sənancamına əsasən tikintisi başlayıb: "Ümumi ox üzrə 47.1 km, yan yollarla birlikdə isə 57.8 km dəmir yolunun tikintisi nəzərdə tutulur. Artıq yolun 56.9 km-i salınıb. Hal-hazırda Ağdam stansiyasında 5 yan yol salınıb. Tikinti üzrə isə 90% layihələndirmə işləri yerinə yetirilib. Bərdə stansiyasında söküntü işləri başlayıb, köhnə stansiya sökülərək yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub və Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. Gözləntimiz odur ki, iyun ayının ortalarına layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında sahədə işlərə başlayaq".