https://sputnik.az/20230505/azerbaycanda-gun-erzinde-ikinci-torpaq-surusmesi-bas-verib-454538240.html
Azərbaycanda gün ərzində ikinci torpaq sürüşməsi baş verib
Azərbaycanda gün ərzində ikinci torpaq sürüşməsi baş verib
Sputnik Azərbaycan
Torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T16:56+0400
2023-05-05T16:56+0400
2023-05-05T17:05+0400
sürüşmə
hadisə
torpaq sürüşməsi
yardımlı
yardımlı rayonu
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438129272_326:0:3803:1956_1920x0_80_0_0_391e29b64bfa586cdf1ef56dd46ba85a.jpg
BAKI, 5 may — Sputnik. Yardımlı rayonunda torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb. Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. Dağılmış istinad divarları və iri torpaq layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması yaransa da, sonradan aradan qaldırılıb. Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə təmir-bərpa işlərinə başlanacaq. Torpaq sürüşməsinə son günlər rayon ərazisində intensiv yağıntıların səbəb olduğu bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0d/438129272_760:0:3368:1956_1920x0_80_0_0_155b250dd119f6af96406d24a6c7d087.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürüşmə, torpaq sürüşməsi, yardımlı, yardımlı rayonu
sürüşmə, torpaq sürüşməsi, yardımlı, yardımlı rayonu
Azərbaycanda gün ərzində ikinci torpaq sürüşməsi baş verib
16:56 05.05.2023 (Yenilənib: 17:05 05.05.2023) Torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb.
BAKI, 5 may — Sputnik. Yardımlı rayonunda torpaq sürüşməsi baş verib.
Torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb.
Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. Dağılmış istinad divarları və iri torpaq layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması yaransa da, sonradan aradan qaldırılıb.
Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə təmir-bərpa işlərinə başlanacaq.
Torpaq sürüşməsinə son günlər rayon ərazisində intensiv yağıntıların səbəb olduğu bildirilir.