https://sputnik.az/20230505/ag-ev-defolt-olarsa-abs-milyonlarla-is-yerini-itire-biler-454493618.html
Ağ Ev: Defolt olarsa, ABŞ milyonlarla iş yerini itirə bilər
Ağ Ev: Defolt olarsa, ABŞ milyonlarla iş yerini itirə bilər
Sputnik Azərbaycan
ABŞ Maliyyə nazirliyi bəyan edib ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borcuna xidmət yay aylarında mümkünsüz ola bilər. 05.05.2023, Sputnik Azərbaycan
2023-05-05T10:18+0400
2023-05-05T10:18+0400
2023-05-04T20:06+0400
ağ ev
dünya xəbərləri
abş
kreml
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418202_0:111:3073:1839_1920x0_80_0_0_3367cfa26a0fab079841a1db1b91cadb.jpg
BAKI, 5 may — Sputnik. ABŞ-da uzun sürən defolt ssenarisində ölkədə, təxminən səkkiz milyon nəfər iş yerlərinin itirilməsi ilə üz-üzə qala bilər. Bu barədə Ağ Evin nəzdindəki İqtisadi Məsləhətçilər Şurasının hesabatında deyilir. "Moody's" agentliyi bildirib ki, borc tavanının xalis artması ilə iş yerlərinin artımı növbəti bir neçə rüb ərzində davam edəcək. 900 min iş yerinin əlavə olunması proqnozlaşdırılır. Lakin uzun sürən defolt ssenarisi nəticəsində 8 milyon insan işini itirəcək, işsizlik 5% artacaq və ÜDM illik müqayisədə 6,1% azalacaq. Bundan əlavə, federal və yerli hökumətlər genişləndirilmiş işsizlik sığortasına vəsait xərcləmək imkanına malik olmasalar, köməksiz qalacaqlar. Administrasiyanın fikrincə, bu, əhali üçün bank kreditləri ilə bağlı problemlərə səbəb olacaq, çünki maliyyə institutları faiz dərəcələrini kəskin artırmağa məcbur olacaqlar. "Siyasətçilər hələ də ölkəmizin uzun tarixində indiyədək ABŞ-a və hətta qlobal iqtisadiyyata bu cür zərər vurmaqdan çəkinsələr də, nəzərdən keçirdiyimiz faktiki olaraq hər bir təhlil defoltun dərhal tənəzzül risklərinə səbəb olduğunu göstərir", - deyə hesabatda bildirilir. Bundan əvvəl ABŞ Maliyyə nazirliyi bəyan etmişdi ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borcuna xidmət yay aylarında mümkünsüz ola bilər. Kreml daha əvvəl qeyd etmişdi ki, onlar ABŞ dövlət borcunun mümkün defoltu ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418202_165:0:2896:2048_1920x0_80_0_0_b5d55365be5cd628e1b44a62a49b849e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ağ ev, abş, kreml
Ağ Ev: Defolt olarsa, ABŞ milyonlarla iş yerini itirə bilər
ABŞ Maliyyə nazirliyi bəyan edib ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borcuna xidmət yay aylarında mümkünsüz ola bilər.
BAKI, 5 may — Sputnik. ABŞ-da uzun sürən defolt ssenarisində ölkədə, təxminən səkkiz milyon nəfər iş yerlərinin itirilməsi ilə üz-üzə qala bilər.
Bu barədə Ağ Evin nəzdindəki İqtisadi Məsləhətçilər Şurasının hesabatında deyilir.
"Moody's" agentliyi bildirib ki, borc tavanının xalis artması ilə iş yerlərinin artımı növbəti bir neçə rüb ərzində davam edəcək. 900 min iş yerinin əlavə olunması proqnozlaşdırılır. Lakin uzun sürən defolt ssenarisi nəticəsində 8 milyon insan işini itirəcək, işsizlik 5% artacaq və ÜDM illik müqayisədə 6,1% azalacaq.
Bundan əlavə, federal və yerli hökumətlər genişləndirilmiş işsizlik sığortasına vəsait xərcləmək imkanına malik olmasalar, köməksiz qalacaqlar. Administrasiyanın fikrincə, bu, əhali üçün bank kreditləri ilə bağlı problemlərə səbəb olacaq, çünki maliyyə institutları faiz dərəcələrini kəskin artırmağa məcbur olacaqlar.
"Siyasətçilər hələ də ölkəmizin uzun tarixində indiyədək ABŞ-a və hətta qlobal iqtisadiyyata bu cür zərər vurmaqdan çəkinsələr də, nəzərdən keçirdiyimiz faktiki olaraq hər bir təhlil defoltun dərhal tənəzzül risklərinə səbəb olduğunu göstərir", - deyə hesabatda bildirilir.
Bundan əvvəl ABŞ Maliyyə nazirliyi bəyan etmişdi ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borcuna xidmət yay aylarında mümkünsüz ola bilər.
Kreml daha əvvəl qeyd etmişdi ki, onlar ABŞ dövlət borcunun mümkün defoltu ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.