https://sputnik.az/20230504/zakir-hesenov-rusiya-sulhmeramlilarinin-yeni-komandanini-qebul-edib-454492023.html
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T15:00+0400
2023-05-04T15:00+0400
2023-05-04T15:20+0400
hərbi
zakir həsənov
müdafiə naziri zakir həsənov
rusiya
sülhməramlılar
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454490872_0:46:1001:609_1920x0_80_0_0_101dda9b8754c4527bae2eec549e1627.jpg
BAKI, 4 may — Sputnik. Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib, Qarabağdakı əməliyyat şəraiti müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub. Qeyd edək ki, Aleksandr Lentsov aprelin 26-da bu vəzifəyə təyin olunub. O, general-mayor Andrey Volkovu əvəz edib. A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub. Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini 1978-ci ildə bitirib. 103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub. 1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub. 1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib. 2009-cu il avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub. Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib. 2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb. 22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454490872_81:0:900:614_1920x0_80_0_0_81347267d82302b872d998a0cf32e7d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, müdafiə naziri zakir həsənov, rusiya, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
zakir həsənov, müdafiə naziri zakir həsənov, rusiya, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib
15:00 04.05.2023 (Yenilənib: 15:20 04.05.2023) Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.
BAKI, 4 may — Sputnik. Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib, Qarabağdakı əməliyyat şəraiti müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.
Qeyd edək ki, Aleksandr Lentsov aprelin 26-da bu vəzifəyə təyin olunub. O, general-mayor Andrey Volkovu əvəz edib.
A.Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub. Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini 1978-ci ildə bitirib.
103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.
1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.
1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb.
2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib.
2009-cu il avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub.
Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.
2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb.
22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.