Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış rejissor tamaşaçılara müraciət edib

© Sputnik / Ilham MustafayevTamaşa zalı
Tamaşa zalı - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Rəşid Ağamalıyev bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) və digər aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.
BAKI, 4 may — Sputnik. Əfsanəvi "Tıq-Tıq xanım" animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün "Nərgiz" adlı yeni cizgi filmi hazırlamaq istədiyini və bunun üçün maddi dəstəyə ehtiyac olduğunu bildirib. O, bu səbəbdən də tamaşaçılara müraciət edib.
Bu barədə Sputnik Azərbaycan-a filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.
Müəllifin sözlərinə görə, "Nərgiz" filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.
İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub: https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176
Filmin prodüseri Rəşid Ağamalıyev bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) və digər aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.
Qeyd edək ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan "Nərgiz" filmi uşaqlar üçün olduqca önəmlidir.
"Nərgiz" filminin məqsədi, həmçinin ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.
Məsud Pənahi kimdir?
Məsud Pənahi Azərbaycanda 10-dan, Almaniyada isə 20-dən artıq animasiya filminin müəllifdir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib.
M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub. Müəllifi olduqları filmlərin bir çoxu xarici ölkələrdə festivallarda mükafat əldə edib.
Xəbər lenti
0