https://sputnik.az/20230504/suqovusanda-prezident-kuboku-2023-beynelxalq-reqatasinin-resmi-acilisi-olub-454481663.html
Suqovuşanda "Prezident Kuboku-2023" beynəlxalq reqatasının rəsmi açılışı olub
Suqovuşanda "Prezident Kuboku-2023" beynəlxalq reqatasının rəsmi açılışı olub
Sputnik Azərbaycan
Reqatanın ilk günü Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T12:59+0400
2023-05-04T12:59+0400
2023-05-04T12:54+0400
fərid qayıbov
heydər əliyev ili
suqovuşan
prezident kuboku
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934298_33:0:2527:1403_1920x0_80_0_0_1187ddb0d2a5b3b5631c2e6136d80ad6.jpg
BAKI, 4 may — Sputnik. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimi keçirilib. Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, "Azərreyl" Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər. AKAF prezidenti Vüqar Əhmədov bildirib ki, yarışda 20-dək ölkənin idmançıları iştirak edir. O bildirib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzulayıb. Fərid Qayıbov vurğulayıb ki, üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayı artır. Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunub. Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq. Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934298_344:0:2215:1403_1920x0_80_0_0_c117d1903fb4e7028c24126068eeecae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fərid qayıbov, suqovuşan, prezident kuboku
fərid qayıbov, suqovuşan, prezident kuboku
Suqovuşanda "Prezident Kuboku-2023" beynəlxalq reqatasının rəsmi açılışı olub
Reqatanın ilk günü Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir.
BAKI, 4 may — Sputnik. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, "Azərreyl" Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.
AKAF prezidenti Vüqar Əhmədov bildirib ki, yarışda 20-dək ölkənin idmançıları iştirak edir. O bildirib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzulayıb.
Fərid Qayıbov vurğulayıb ki, üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayı artır.
Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunub.
Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.
Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək. (Report)