https://sputnik.az/20230504/stanbulda-rusiya-turkiye-ukrayna-ve-bmt-arasinda-taxil-sazisi-uzre-danisiqlar-olacaq-454511163.html
İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar olacaq
İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar olacaq
Sputnik Azərbaycan
Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə bayraqlı gəmilərin təxliyəsi də gündəmdə olacaq. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T21:55+0400
2023-05-04T21:55+0400
2023-05-04T22:54+0400
dünya xəbərləri
hulusi akar
türkiyə
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_0:159:3079:1890_1920x0_80_0_0_99a6113f391d1929b63854f47addf7a5.jpg
BAKI, 4 may - Sputnik. BMT nümayəndə heyətinin, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinlərinin “Taxıl sazişi”nə dair sabah İstanbulda baş tutması gözlənilən görüşü təxirə salınıb.Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, görüşün gələn həftə keçirilməsi nəzərdə tutulur.Nazir əlavə edib ki, sabah texniki heyətlərin görüşü keçiriləcək.***“Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar mayın 5-də İstanbulda texniki səviyyədə keçiriləcək”.Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.“Nazir müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi zərurəti yaranıb. Sabah keçiriləcək görüşdən sonra gələn həftə nazir müavinlərinin görüşü olacaq”, - deyə o, bildirib.Nazir müavinlərinin keçirəcəyi iclasın gündəliyi ilə bağlı danışan Akar deyib: “Bir tərəfdən taxıl daşınması ilə bağlı danışıqlar aparılarkən, digər tərəfdən də orada qalan Türkiyə bayraqlı gəmilər var. Həmin gəmilərin təxliyəsi də gündəmdə olacaq. Biz birlikdə gündəm yaradacağıq və bu gündəliyi nazir müavinləri müzakirə edəcək, sonra qərar veriləcək.Taxıl təşəbbüsünün sürətli, təhlükəsiz və planlı şəkildə davam etməsini təmin etmək üçün səylərimizi davam etdiririk, xüsusən də Afrikadakı sabitliyə çox mühüm töhfə verdiyi üçün. Hesab edirik ki, sabah texniki müstəvidə, gələn həftə isə nazir müavinlərinin görüşü ilə bu məsələ planlı şəkildə davam etdiriləcək” (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345162_173:0:2904:2048_1920x0_80_0_0_8ccae84626430b3c7f167226de555aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hulusi akar, türkiyə, taxıl
hulusi akar, türkiyə, taxıl
İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar olacaq
21:55 04.05.2023 (Yenilənib: 22:54 04.05.2023) Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə bayraqlı gəmilərin təxliyəsi də gündəmdə olacaq.
BAKI, 4 may - Sputnik. BMT nümayəndə heyətinin, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinlərinin “Taxıl sazişi”nə dair sabah İstanbulda baş tutması gözlənilən görüşü təxirə salınıb.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, görüşün gələn həftə keçirilməsi nəzərdə tutulur.
Nazir əlavə edib ki, sabah texniki heyətlərin görüşü keçiriləcək.
“Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlar mayın 5-də İstanbulda texniki səviyyədə keçiriləcək”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Nazir müavinlərinin görüşündən əvvəl BMT, Türkiyə, Rusiya və Ukraynadan olan texniki heyətlə görüşün keçirilməsi zərurəti yaranıb. Sabah keçiriləcək görüşdən sonra gələn həftə nazir müavinlərinin görüşü olacaq”, - deyə o, bildirib.
Nazir müavinlərinin keçirəcəyi iclasın gündəliyi ilə bağlı danışan Akar deyib:
“Bir tərəfdən taxıl daşınması ilə bağlı danışıqlar aparılarkən, digər tərəfdən də orada qalan Türkiyə bayraqlı gəmilər var. Həmin gəmilərin təxliyəsi də gündəmdə olacaq. Biz birlikdə gündəm yaradacağıq və bu gündəliyi nazir müavinləri müzakirə edəcək, sonra qərar veriləcək.
Taxıl təşəbbüsünün sürətli, təhlükəsiz və planlı şəkildə davam etməsini təmin etmək üçün səylərimizi davam etdiririk, xüsusən də Afrikadakı sabitliyə çox mühüm töhfə verdiyi üçün. Hesab edirik ki, sabah texniki müstəvidə, gələn həftə isə nazir müavinlərinin görüşü ilə bu məsələ planlı şəkildə davam etdiriləcək” (Report).