https://sputnik.az/20230504/sefirlik-ermenistandaki-iranli-mehbuslarin-sikayetlerine-munasibet-bildirib-454493326.html
Səfirlik Ermənistandakı iranlı məhbusların şikayətlərinə münasibət bildirib
Səfirlik Ermənistandakı iranlı məhbusların şikayətlərinə münasibət bildirib
Sputnik Azərbaycan
İranın Ermənistandakı səfiri və digər diplomatik nümayəndələr bu ölkədə həbsdə olan vətəndaşlarını müntəzəm olaraq ziyarət edir/ 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T16:33+0400
2023-05-04T16:33+0400
2023-05-04T16:33+0400
səfirlik
dünya xəbərləri
iran
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_0:28:3061:1750_1920x0_80_0_0_3863fb5f94c668a5678f0a041724aa66.jpg
BAKI, 4 may — Sputnik. İranın Ermənistandakı səfirliyi bu ölkədə həbsdə olan iranlıların səfirliklə bağlı şikayətlərinə münasibət bildirib. Səfirlikdən bildirilib ki, hazırda Ermənistanda İran İslam Respublikasının 60-a yaxın vətəndaşı müxtəlif ittihamlarla, xüsusən də narkotik vasitələrin daşınması və keçirilməsinə görə həbsdədir. Ermənistanda heç bir İran vətəndaşı ağrıkəsici dərman keçirmək ittihamı ilə həbs edilməyib. “Səfirlik öz vəzifələri çərçivəsində məhbusların sayını azaltmaq, İran vətəndaşlarının hüquqlarını dəstəkləmək və Ermənistanda həbsdə olan və saxlanılan həmvətənlərinə xidmət göstərmək üçün müxtəlif tədbirlər həyata keçirir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlara Ermənistan Respublikasının cinayət qanunları və prosessual qaydaları çərçivəsində baxılır”, - deyə səfirliyin açıqlamasında qeyd olunub. Bundan başqa, bildirilib ki, İranın Ermənistandakı səfiri və digər diplomatik nümayəndələr bu ölkədə həbsdə olan vətəndaşlarını müntəzəm olaraq ziyarət edir. Qeyd edək ki, sosial mediada Ermənistandakı iranlı məhbusların İranın İrəvandakı səfirliyinin diqqətsizliyindən narazılıq etməsi ilə bağlı videogörüntülər yayılıb. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426902131_176:0:2907:2048_1920x0_80_0_0_2a1c2a0ac8e879ea2da812105952d0ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfirlik, iran, ermənistan
səfirlik, iran, ermənistan
Səfirlik Ermənistandakı iranlı məhbusların şikayətlərinə münasibət bildirib
İranın Ermənistandakı səfiri və digər diplomatik nümayəndələr bu ölkədə həbsdə olan vətəndaşlarını müntəzəm olaraq ziyarət edir/
BAKI, 4 may — Sputnik. İranın Ermənistandakı səfirliyi bu ölkədə həbsdə olan iranlıların səfirliklə bağlı şikayətlərinə münasibət bildirib.
Səfirlikdən bildirilib ki, hazırda Ermənistanda İran İslam Respublikasının 60-a yaxın vətəndaşı müxtəlif ittihamlarla, xüsusən də narkotik vasitələrin daşınması və keçirilməsinə görə həbsdədir. Ermənistanda heç bir İran vətəndaşı ağrıkəsici dərman keçirmək ittihamı ilə həbs edilməyib.
“Səfirlik öz vəzifələri çərçivəsində məhbusların sayını azaltmaq, İran vətəndaşlarının hüquqlarını dəstəkləmək və Ermənistanda həbsdə olan və saxlanılan həmvətənlərinə xidmət göstərmək üçün müxtəlif tədbirlər həyata keçirir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlara Ermənistan Respublikasının cinayət qanunları və prosessual qaydaları çərçivəsində baxılır”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.
Bundan başqa, bildirilib ki, İranın Ermənistandakı səfiri və digər diplomatik nümayəndələr bu ölkədə həbsdə olan vətəndaşlarını müntəzəm olaraq ziyarət edir.
Qeyd edək ki, sosial mediada Ermənistandakı iranlı məhbusların İranın İrəvandakı səfirliyinin diqqətsizliyindən narazılıq etməsi ilə bağlı videogörüntülər yayılıb. (APA)