https://sputnik.az/20230504/prezident-lham-eliyev-cebrayil-rayonuna-sefer-edib-454496727.html
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Sputnik Azərbaycan
Ölkə başçısı Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T16:46+0400
2023-05-04T16:46+0400
2023-05-04T17:33+0400
siyasət
prezident ilham əliyev
cəbrayıl rayonu
zəngilan
laçın
laçın rayonu
qubadlı rayonu
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454487179_0:0:824:463_1920x0_80_0_0_34518b0130cfa20535b8ce76ca85013e.jpg
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib. Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub. Qeyd edək ki, bu gün ölkə başçısı Laçın, Qubadlı və Zəngilana da səfər edib. Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub. Prezident Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub. Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib. Eyni zamanda Prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.
https://sputnik.az/20230504/-prezident-lham-eliyev-zengilana-sefer-edib-454489931.html
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454487179_0:0:824:617_1920x0_80_0_0_cc0f9a3873695488bf4bda419029f160.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, cəbrayıl rayonu, zəngilan, laçın, laçın rayonu, qubadlı rayonu
prezident ilham əliyev, cəbrayıl rayonu, zəngilan, laçın, laçın rayonu, qubadlı rayonu
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
16:46 04.05.2023 (Yenilənib: 17:33 04.05.2023) Ölkə başçısı Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.
Dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.
Qeyd edək ki, bu gün ölkə başçısı Laçın, Qubadlı və Zəngilana da səfər edib.
Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
Prezident Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub. Qubadlı şəhərində isə o, ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Eyni zamanda Prezidentin iştirakı ilə Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də təməlləri atılıb.