https://sputnik.az/20230504/on-bes-yasli-qizla-evlenib-uzerinde-siqaret-sondurene-ceza-verildi-454497222.html
On beş yaşlı qızla evlənib üzərində siqaret söndürənə cəza verildi
On beş yaşlı qızla evlənib üzərində siqaret söndürənə cəza verildi
Sputnik Azərbaycan
Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T17:18+0400
2023-05-04T17:18+0400
2023-05-04T17:23+0400
qız
cəmiyyət
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 4 may — Sputnik. Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib. Bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib. Belə ki, ötən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb. Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb, onun üzərində siqaret söndürüb. Daha sonra Ç.Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib. T.Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib. Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib. Məhkəmə faktları nəzərə alaraq, T.Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qız, türkiyə
On beş yaşlı qızla evlənib üzərində siqaret söndürənə cəza verildi
17:18 04.05.2023 (Yenilənib: 17:23 04.05.2023) Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
BAKI, 4 may — Sputnik. Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib.
Bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib.
Belə ki, ötən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb. Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb, onun üzərində siqaret söndürüb. Daha sonra Ç.Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib.
T.Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib. Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib.
Məhkəmə faktları nəzərə alaraq, T.Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.