NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft-qaz sektorunda emissiyaların azaldılmasına 600 milyard dollar tələb olunur?

© AFP 2024 / OZAN KOSEДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
IEA qeyd edir ki, neft və qaz şirkətlərinin fəaliyyəti 2022-ci ildə 5,1 mlrd. ton karbon qazı ekvivalenti (CO2) emissiyasına səbəb olub.
BAKI, 4 may — Sputnik. Dünyada neft və qaz hasilatının emissiya intensivliyini yarıya endirmək üçün 600 mlrd. dollar investisiya tələb olunacaq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, 2030-cu il üçün qlobal miqyasda neft və qaz hasilatının emissiya intensivliyini iki dəfə azaltmaq üçün 600 mlrd. dollarlıq ilkin investisiya tələb olunacaq.
"Bu, 2022-ci ildə neft və qaz istehsalçılarının əldə etdiyi rekord gəlirin yalnız bir hissəsidir", - hesabatda qeyd olunur.
IEA qeyd edir ki, neft və qaz şirkətlərinin fəaliyyəti 2022-ci ildə 5,1 mlrd. ton karbon qazı ekvivalenti (CO2) emissiyasına səbəb olub. Energetika ilə bağlı qlobal emissiyalar isə ötən il 40 giqaton təşkil edib. Beləliklə, neft və qaz sənayesi enerji sektorunda CO2 emissiyalarının təxminən 15%-nə görə cavabdehdir (APA).
Xəbər lenti
0