https://sputnik.az/20230504/narkotacirler-xezer-denizi-vasitesile-randan-azerbaycana-narkotik-kecirmeye-cehd-edibler-454469843.html
Narkotacirlər Xəzər dənizi vasitəsilə İrandan Azərbaycana narkotik keçirməyə cəhd ediblər
Narkotacirlər Xəzər dənizi vasitəsilə İrandan Azərbaycana narkotik keçirməyə cəhd ediblər
Sputnik Azərbaycan
Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T10:17+0400
2023-05-04T10:17+0400
2023-05-04T11:08+0400
narkotik
cəmiyyət
sahil mühafizə xidməti
sahil mühafizəsi
iran
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823604_0:121:2371:1455_1920x0_80_0_0_40c090fa6bc90f6d4ded6af7a03df1df.jpg
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İran İslam Respublikasından orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilib və texniki nəzarətə götürülüb. Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilib. Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823604_136:0:2236:1575_1920x0_80_0_0_ecb3f64545af10351eb7cc5ac5987e0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, sahil mühafizə xidməti, sahil mühafizəsi, iran
narkotik, sahil mühafizə xidməti, sahil mühafizəsi, iran
Narkotacirlər Xəzər dənizi vasitəsilə İrandan Azərbaycana narkotik keçirməyə cəhd ediblər
10:17 04.05.2023 (Yenilənib: 11:08 04.05.2023) Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İran İslam Respublikasından orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilib və texniki nəzarətə götürülüb.
Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilib.
Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.