Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib - FOTO

© Photo : Milli MejlisMilli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib
Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından danışıb.
BAKI, 4 may — Sputnik. Mayın 4-də Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan Rusiyanın Moskva Şəhər Dumasının deputatlarından ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnun olduqlarını bildirib.
Nizami Səfərov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə yüksələn xətt üzrə inkişaf edən əlaqələrimizdən söz açıb. O, qarşılıqlı münasibətlərdə intensiv regional əməkdaşlığın inkişafına toxunub, Rusiya Federasiyasının subyektləri ilə ikitərəfli əlaqələrdən bəhs edib. Bildirib ki, bugünədək iki ölkə arasında geniş spektri əhatə edən dövlətlərarası və hökumətlərarası sənədlər qarşılıqlı əlaqələrin və əməkdaşlığın zəngin qanunvericilik bazasını formalaşdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri əsasında əlaqələrimiz daim inkişaf edib, xüsusən də 2022-ci ilin fevralında imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə münasibətlərimizi yeni səviyyəyə qaldırıb.
© Photo : Milli MejlisMilli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib
Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib
Nizami Səfərov görüşdə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olması üçün gördüyü işlər və irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Bildirib ki, regionda davamlı sülhün və iqtisadi əməkdaşlığın inkişafı üçün beynəlxalq hüququn prinsipləri əsasında sülh müqaviləsinin imzalanması vacibdir.
Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından danışıb. O, iqtisadi, ticarət, humanitar, təhsil sahələrində əlaqələrin bugünkü vəziyyətindən məmnunluğunu bildirib, bu sahələrdə əməkdaşlığın inkişaf potensialına toxunub.
Aleksey Şapoşnikov iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib, Milli Məclisin sədri Sahibə Qafarovanın cari ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun əhəmiyyətindən danışıb.
© Photo : Milli MejlisMilli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib
Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Milli Məclisdə Rusiyanın Moskva Şəhər Dumasının deputatları ilə görüş keçirilib
Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin, Əminə Ağazadə qonaqların səfərinin əlamətdar tarixə - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsinə təsadüf etdiyini bildirərək, Ulu Öndərin əziz xatirəsinin Rusiyada da hörmətlə anıldığını məmnuniyyətlə vurğulayıblar. Deputatlar Milli Məclisin Rusiya Federasiyası, həmçinin federasiyanın subyektləri ilə parlament əlaqələrinin dərinləşməsinə əhəmiyyət verdiyini bildiriblər, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Söhbətdə parlamentlərarası əməkdaşlığın müxtəlif aspektlərinə və tərəfləri maraqlandıran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Moskva Şəhər Dumasının deputatları Maqomet Yandiyev, Yelena Nikolayeva və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
0