SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev Avropa İttifaqının Komitə sədri ilə nə danışıb?

© Sputnik / Murad OrudjevHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Delfin Pronk bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesi və regional təhlükəsizlik məsələləri üzrə səmərəli müzakirələr aparıblar.
BAKI, 4 may - Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb.
Bu barədə avropalı diplomat özünün Twitter hesabında bildirib.
“Bu formatdakı ilk görüşlərində Azərbaycan və Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsi səfirləri Aİ-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan normallaşma prosesi və regional təhlükəsizlik məsələləri üzrə səmərəli müzakirələr aparıblar” – Pronk vurğulayıb.
Xəbər lenti
0