Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

ETN yerdəyişmə üzrə növbəti vakansiya seçiminin nəticələrini açıqlayıb

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
BAKI, 4 may — Sputnik. 28 aprel - 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.
Nazirliyin xəbərinə görə, növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.
Xəbər lenti
0