https://sputnik.az/20230504/elm-muessiselerinde-magistratura-legv-edilecek-nazirden-aciqlama-454501222.html
Elm müəssisələrində magistratura ləğv ediləcək? Nazirdən açıqlama
Elm müəssisələrində magistratura ləğv ediləcək? Nazirdən açıqlama
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, magistraturanın universitetlərlə elm müəssisələri ilə birgə təşkili nəzərdə tutulur. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T19:00+0400
2023-05-04T19:00+0400
2023-05-04T19:00+0400
emin əmrullayev
təhsil
magistratura
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031238_0:0:3072:1728_1920x0_80_0_0_0fa40f5dc566cafc9242023d7f89f16b.jpg
BAKI, 4 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında hələ magistraturaya qəbul planının elan olmadığını xatırladıb. "Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz", - E.Əmrullayev bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031238_341:0:3072:2048_1920x0_80_0_0_94b08d948865661f9ae47f343d24ccd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, magistratura, elm və təhsil nazirliyi
emin əmrullayev, magistratura, elm və təhsil nazirliyi
Elm müəssisələrində magistratura ləğv ediləcək? Nazirdən açıqlama
Emin Əmrullayev bildirib ki, magistraturanın universitetlərlə elm müəssisələri ilə birgə təşkili nəzərdə tutulur.
BAKI, 4 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında hələ magistraturaya qəbul planının elan olmadığını xatırladıb.
"Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz", - E.Əmrullayev bildirib.