https://sputnik.az/20230504/dman-mekteblerinde-kimler-mesq-kece-biler---nazirlik-aciqladi-454484506.html
İdman məktəblərində kimlər məşq keçə bilər? - Nazirlik açıqladı
İdman məktəblərində kimlər məşq keçə bilər? - Nazirlik açıqladı
Sputnik Azərbaycan
Məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T14:35+0400
2023-05-04T14:35+0400
2023-05-04T14:35+0400
cüdo
https://cdnn1.img.sputnik.az/img/41627/18/416271887_0:51:741:468_1920x0_80_0_0_c4df59c1d2f548d7ea669d8f02adc590.jpg
BAKI, 4 may — Sputnik. İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu "Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir. Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər. Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır: - 8-ci dərəcə: ümumi orta təhsil və "İdman ustası" adı; - 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı; - 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı; - 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası; - 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası; - 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə - baş məşqçi-müəllim. - 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və "Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi" fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim. Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41627/18/416271887_26:0:715:517_1920x0_80_0_0_2280cb71ab6a9965f433c48c0476d769.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo
İdman məktəblərində kimlər məşq keçə bilər? - Nazirlik açıqladı
Məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.
BAKI, 4 may — Sputnik. İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu "Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.
Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.
Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:
- 8-ci dərəcə: ümumi orta təhsil və "İdman ustası" adı;
- 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;
- 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;
- 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
- 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
- 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə - baş məşqçi-müəllim.
- 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və "Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi" fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub (Report).