Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Defolt və bank sisteminin məhvi - ABŞ iqtisadiyyatının problemlərinin aysberqinin ucu

© AP Photo / Richard DrewBirja
Birja - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Bayden administrasiyası və respublikaçılar milli borc tavanını yüksəltmək və xərcləri azaltmaq və ya iflas elan etmək barədə mübahisə edərkən, Amerikanın bank sistemi domino üslubunda çökməyə davam edir.
BAKI, 4 may — Sputnik. ABŞ iqtisadiyyatı defolt təhlükəsi ilə üz-üzədir – maliyyə naziri Janet Yellen qanunvericilərə ünvanladığı məktubunda əgər Konqres borclanma limitlərini genişləndirməsə, Maliyyə nazirliyinin artıq iyunun 1-dən başlayaraq milli borclara tam xidmət göstərə bilməyəcəyini bildirib.
Ağ Ev Konqresdən milli borcun tavanını qaldırmağı tələb edir - Respublikaçı müxalifətin nəzarətində olan Nümayəndələr Palatası bu addımı büdcənin azaldılması proqramının təsdiqi ilə əlaqələndirirlər.
Prezident Co Bayden mayın 9-da Nümayəndələr Palatasının spikeri Kevin Makkarti də daxil olmaqla konqres liderlərini Milli borc limitinin artırılmasını müzakirə etmək üçün Ağ Evdə görüşə dəvət edib. Makkarti, öz növbəsində, Prezident Bayden və onun administrasiyasını vəziyyəti həll etmək üçün işləmək istəməməkdə ittiham edib.
Makkarti, Nümayəndələr Palatasındakı Respublikaçıların "borc tavanını yüksəldən, defoltdan qaçmağa və ehtiyatsız xərclərlə mübarizə aparmağa kömək edən" "məsul qanun layihəsini" qəbul etdiklərini bəyan edib.

"Eyni zamanda, Prezident Bayden ölkəmizi tarixdə ilk defolta gətirməklə hədələyərək öz işini yerinə yetirməkdən imtina edib. Zaman isə sürətlə keçib gedir. Bayden administrasiyasının üç aylıq fəaliyyətsizliyindən sonra Nümayəndələr Palatası qərar qəbul edib. Hazırda isə Senatda defolt riskini aradan qaldıracaq qanun layihəsi var. Senat və prezident işə başlamalıdırlar – həm də mümkün qədər tez", - deyə Makkarti bildirib.

Bəla təkbaşına gəlmir və ya iqtisadiyyatda hər şey bir-biri ilə bağlıdır
Böyük ehtimalla, ABŞ iqtisadiyyatının məhv edilməsi prosesinə mane olmaq kifayət qədər çətin olacaq, çünki Amerika maliyyə sistemində bəla təkbaşına gəlmir. Belə ki, Co Bayden administrasiyası ilə respublikaçılar arasında dövlət borcunun tavanının artırılması, xərclərin azaldılması və ya iflas elan edilməsinin daha yaxşı olub-olmaması ilə bağlı mübahisələrin davam etdiyi vaxtda, Amerika bank sistemi də domino daşı kimi dağılır.
Həftənin əvvəlində məlum olub ki, ABŞ tənzimləyiciləri aktivlərinin əsas hissəsini sataraq "First Republic Bank"ı bağlayıblar. Bu bankın iflası 2008-ci il böhranından sonra ABŞ maliyyə sistemində ən böyük iflas hadisəsi oldu.
Bundan əvvəl, mart ayında "Silicon Valley Bank" (SVB) də müflis olduğunu elan edib. İqtisadçılar Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətinin daha da sərtləşdirilməsi gözləntiləri fonunda ABŞ bank sistemində dağılma prosesinin davam edəcəyini gözləyirlər.
Amerika iqtisadiyyatı "şar kimi şişirilməyi" dayandırıb
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, ABŞ 2023-cü ildə defolt olmayacaq.
© Sputnik / Александр НатрускинYeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov  - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov

"Konqres 1,4 trilyon dollar planlaşdırılan büdcə kəsiri ilə hökumət borcunun tavanının 1,5 trilyon dollar artırılmasına səs verib. Beləliklə, ABŞ dövləti öz xərcləri səviyyəsində müflis olmayacaq", - deyə Koltaşov "Sputnik Azərbaycan"a bildirib.

Bundan əlavə, o qeyd edib ki, ABŞ Federal Ehtiyat Sistemi təkcə ABŞ bank böhranının birinci mərhələsində artıq, təxminən 500 milyard dollar xərcləmiş kommersiya banklarına kömək üçün vəsait tapacaq.
Ekspert hesab edir ki, bank böhranı "Amerika iqtisadiyyatı" adlı aysberqin problemlərinin yalnız görünən hissəsidir.

"ABŞ bankları heç də sadə olmayan səbəblərdən "çökməyə" başladılar və buna səbəb təkcə FED-in uçot dərəcəsinin 5 faiz, yəni əslində normal olması deyil. Fakt budur ki, Amerika borcluları, firmaları, ev təsərrüfatları ilə ciddi problemlər yığılıb. Hazırda kredit bazarında aktivlik səviyyəsi ciddi şəkildə azalıb. Bir ilə yaxındır ki, ABŞ-ın daşınmaz əmlak bazarında qiymətlər artmır, bəzi yerlərdə ucuzlaşır. Yəni ABŞ iqtisadiyyatının şar kimi şişirdilməsinin dayandırıldığına dair bütün əlamətlər var, hətta qabarcıq şəklində olsa belə", - deyə Koltaşov bildirib.

Və iqtisadçı hesab edir ki, bu ən böyük çətinliyə cavab olaraq Amerika hakimiyyəti iki qərar qəbul edib: birincisi, müflis olmamaq, ikincisi, hamıya ardıcıl olaraq pul verməmək.
© AFP 2024 / DANIEL SLIMFederal Ehtiyat Sisteminin binası, arxiv şəkli
Здание Федеральной резервной системы США в Вашингтоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Federal Ehtiyat Sisteminin binası, arxiv şəkli
Koltaşov qeyd edib ki, əslində ABŞ hakimiyyəti Amerika iqtisadiyyatında dağıdıcı proseslərin yayılmasına imkan verməyə, bankları və ya korporasiyaları seçmə şəkildə xilas etməyə qərar verib.
"Yəni, bir banka müflis olmaq qalır, digər bank xilas olur. Bir korporasiya batacaq, digər korporasiya xilas olacaq, o cümlədən batan korporasiyanın hesabına", - deyə "Sputnik Azərbaycan"ın həmsöhbəti izah edib.
Güclülər xeyir əldə ediblər, əhali heç nə ilə qalıb
Koltaşovun fikrincə, ABŞ hakimiyyətinin qərarı iqtisadi böhranın məntiqidir, bu zaman tənəzzül sərvətin güclülərin xeyrinə yenidən bölüşdürülməsinə gətirib çıxarır.
"Həm də güclülər sırasına iqtisadi cəhətdən daha səmərəli deyil, Amerika hökumətindən daha ciddi dəstək alan və Amerika dövlətinə digərlərindən daha çox arxalananlar daxil olmalıdır. 2023-cü ildə bu proses belə baş verəcək. Gah orda, gah burda, istər bank və ya ticarət sistemi olsun, bəzi şirkətlər "sınacaq", digər şirkətlər isə onu mənimsəyəcəklər", - deyə iqtisadçı bildirib.
Eyni zamanda, o hesab edir ki, sıravi amerikalılar üçün ən pisi olacaq, çünki onlar üçün bu vəziyyət öz təbii məntiqinə görə inkişaf edən iqtisadi tənəzzül şəraitində sağ qalmaq deməkdir, hakimiyyət artıq bu prosesdə maneələr yaratmır.

"Bu maneələrin necə göründüyünü biz 2008-2009-cu illərdə, sonra isə 2020-ci ildə gördük. Həmin vaxtlarda maliyyə sisteminin sabitliyini qorumaq üçün həm hökumət, həm də ABŞ Federal Ehtiyat Sistemi tərəfindən sadəcə olaraq nəhəng vəsaitlər axıdıldı", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda bu dəstək minimum səviyyəyə keçir. ABŞ hökuməti xarici siyasətə etibar edir - Vaşinqton öz büdcəsinin hərbi maddələrini maliyyələşdirməyi, idarəetmə, münaqişələrin başlanması və öz bazalarının qorunması üçün pul ayırmağı dayandırmayacaq.
"Eyni zamanda, ABŞ-da daxili vəziyyət 2023-cü il ərzində getdikcə pisləşəcək", - deyə Koltaşov proqnozlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0