https://sputnik.az/20230504/bu-gun-yagis-yagacaq---proqnoz-454440921.html
Bu gün yağış yağacaq - Proqnoz
Bu gün yağış yağacaq - Proqnoz
Sputnik Azərbaycan
Bəzi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T08:00+0400
2023-05-04T08:00+0400
2023-05-04T08:00+0400
cəmiyyət
hava proqnozu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479699_0:320:3072:2048_1920x0_80_0_0_96e6eb26423a31d4d94696b615f5a836.jpg
BAKI, 4 may — Sputnik. Mayın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu 15-20° isti, atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80% olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu 17-21°, dağlarda 2-6° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479699_0:332:2288:2048_1920x0_80_0_0_96f02af4761fb0f36e61633443c33ecb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava proqnozu, azərbaycan
hava proqnozu, azərbaycan
Bu gün yağış yağacaq - Proqnoz
Bəzi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
BAKI, 4 may — Sputnik. Mayın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam əsasən şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 15-20° isti, atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 17-21°, dağlarda 2-6° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.