SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə yenidən görüşəcək

© Photo : MFA AzerbaijanBlinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.
BAKI, 4 may — Sputnik. ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Görüş ABŞ diplomatiyasının rəhbərinin iş qrafikinə daxil edilib.
Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0