https://sputnik.az/20230504/azerbaycanin-iyirmi-alti-vetendasi-sudandan-texliye-olunub-454492519.html
Azərbaycanın iyirmi altı vətəndaşı Sudandan təxliyə olunub
Azərbaycanın iyirmi altı vətəndaşı Sudandan təxliyə olunub
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bunadək Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib ki, onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli... 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T15:48+0400
2023-05-04T15:48+0400
2023-05-04T16:12+0400
sudan
azərbaycan xəbərləri
türkiyə
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454269034_0:38:3507:2011_1920x0_80_0_0_65a8a6078f5a7a88a8b8f0cb04586ce5.jpg
BAKI, 4 may — Sputnik. Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bunadək Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin, 26-sı isə Azərbaycan vətəndaşlarıdır. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edib. Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454269034_388:0:3119:2048_1920x0_80_0_0_05df889ffbf00b1de6ad5c0f243275a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sudan, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
sudan, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Azərbaycanın iyirmi altı vətəndaşı Sudandan təxliyə olunub
15:48 04.05.2023 (Yenilənib: 16:12 04.05.2023) Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bunadək Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib ki, onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin, 26-sı isə Azərbaycan vətəndaşlarıdır.
BAKI, 4 may — Sputnik. Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bunadək Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin, 26-sı isə Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edib.
Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.