https://sputnik.az/20230503/turkiyeli-meshur-mugenni-10-ayliq-hebs-cezasi-aldi-454445575.html
Türkiyəli məşhur müğənni 10 aylıq həbs cəzası aldı
Türkiyəli məşhur müğənni 10 aylıq həbs cəzası aldı
Sputnik Azərbaycan
Məhkəmə ayrıca qərarla 250 min lirə (12 min dollardan çox) girov müqabilində müğənninin xaricə çıxış qadağasının götürülməsinə qərar verib. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T20:09+0400
2023-05-03T20:09+0400
2023-05-03T20:57+0400
müğənni
türkiyə
məhkəmə
din
təhqir
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454459751_0:0:1081:608_1920x0_80_0_0_0adbff7f08a62a2bd023c4f5e3b71b3c.jpg
BAKI, 3 may — Sputnik. Türkiyəli müğənni Gülşən Çolakoğlu dini məktəblərlə bağlı söylədiyi sözlərə görə nifrəti qızışdırmaq ittihamı ilə 10 aylıq şərti cəzaya məhkum edilib. Türkiyə mətbuatı yazır ki, İstanbul Cinayət Məhkəməsi müğənniyə on aylıq şərti həbs cəzası verib. Müğənninin vəkili Emre Emek məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib və prosesdə bir sıra qanun pozuntularının olduğunu bildirib. Məhkəmə ayrıca qərarla 250 min lirə (12 min dollardan çox) girov müqabilində müğənninin xaricə çıxış qadağasının götürülməsinə qərar verib. Prokuror müğənniyə 3 ilə qədər həbs istəyib. Çolakoğlu "nifrət və düşmənçiliyə sövq etmək və təhqir etmək"də ittiham olunub. İfaçı 2022-ci ilin aprelində verdiyi konsertdə musiqiçilərdən biri haqqında zarafat edərək, özünün hərəkətini imam-xətib məktəbində oxuması ilə əlaqələndirib.Gülşənin avqust ayında həbsi sosial mediada tənqidlərə səbəb olub. Xüsusən də müğənniyə Türkiyənin digər məşhur pop sənətçisi Tarkan dəstək olub. Gülşən daha sonra sözlərinə görə sosial şəbəkədə üzr istəyib. Bir müddət əvvəl Çolakoğlu təqsirsizliyinə arxayın olduğunu bildirərək, konsertdən cəmi 4 ay sonra saxlanılmasına görə bu işdə "manipulyasiya" olduğuna işarə edib. O qeyd edib ki, musiqiçiləri ilə daim zarafat edir və heç kimi incitmək istəmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454459751_0:0:1081:810_1920x0_80_0_0_287e29b204c9d2c0c21ff37d4fed6455.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müğənni, türkiyə, məhkəmə, din, təhqir
müğənni, türkiyə, məhkəmə, din, təhqir
Türkiyəli məşhur müğənni 10 aylıq həbs cəzası aldı
20:09 03.05.2023 (Yenilənib: 20:57 03.05.2023) Məhkəmə ayrıca qərarla 250 min lirə (12 min dollardan çox) girov müqabilində müğənninin xaricə çıxış qadağasının götürülməsinə qərar verib.
BAKI, 3 may — Sputnik. Türkiyəli müğənni Gülşən Çolakoğlu dini məktəblərlə bağlı söylədiyi sözlərə görə nifrəti qızışdırmaq ittihamı ilə 10 aylıq şərti cəzaya məhkum edilib.
Türkiyə mətbuatı yazır ki, İstanbul Cinayət Məhkəməsi müğənniyə on aylıq şərti həbs cəzası verib.
Müğənninin vəkili Emre Emek məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib və prosesdə bir sıra qanun pozuntularının olduğunu bildirib.
Məhkəmə ayrıca qərarla 250 min lirə (12 min dollardan çox) girov müqabilində müğənninin xaricə çıxış qadağasının götürülməsinə qərar verib.
Prokuror müğənniyə 3 ilə qədər həbs istəyib. Çolakoğlu "nifrət və düşmənçiliyə sövq etmək və təhqir etmək"də ittiham olunub. İfaçı 2022-ci ilin aprelində verdiyi konsertdə musiqiçilərdən biri haqqında zarafat edərək, özünün hərəkətini imam-xətib məktəbində oxuması ilə əlaqələndirib.
Gülşənin avqust ayında həbsi sosial mediada tənqidlərə səbəb olub. Xüsusən də müğənniyə Türkiyənin digər məşhur pop sənətçisi Tarkan dəstək olub. Gülşən daha sonra sözlərinə görə sosial şəbəkədə üzr istəyib.
Bir müddət əvvəl Çolakoğlu təqsirsizliyinə arxayın olduğunu bildirərək, konsertdən cəmi 4 ay sonra saxlanılmasına görə bu işdə "manipulyasiya" olduğuna işarə edib. O qeyd edib ki, musiqiçiləri ilə daim zarafat edir və heç kimi incitmək istəmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.