https://sputnik.az/20230503/tebiet-hadiselerinden-zerer-cekmis-teserrufatlarda-monitorinqler-aparilir-454424068.html
Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər aparılır
Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər aparılır
Sputnik Azərbaycan
Görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T13:36+0400
2023-05-03T13:36+0400
2023-05-03T13:36+0400
monitorinq
iqtisadiyyat
kənd təsərrüfatı
zərər
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454423902_0:0:1501:844_1920x0_80_0_0_65ec98e0f09343df0ddda9daf8c2da1e.jpg
BAKI, 3 may — Sputnik. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər. Nazirlikdən bildiriblər ki, görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur. Eyni zamanda, təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir. Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər Çağrı Mərkəzində qeydə alındıqdan sonra Fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək. Xatırladaq ki, son günlər ölkədə hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri baş verib. Bu hadisələr nəticəsində bölgələrdə bəzi meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur. Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454423902_75:0:1408:1000_1920x0_80_0_0_7574db41566812face1cb5021e679b10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
monitorinq, kənd təsərrüfatı, zərər
monitorinq, kənd təsərrüfatı, zərər
Təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər aparılır
Görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur.
BAKI, 3 may — Sputnik. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər.
Nazirlikdən bildiriblər ki, görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur. Eyni zamanda, təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir.
Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər Çağrı Mərkəzində qeydə alındıqdan sonra Fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.
Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.
Xatırladaq ki, son günlər ölkədə hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri baş verib. Bu hadisələr nəticəsində bölgələrdə bəzi meyvə bağlarına, əkin sahələrinə zərər dəyib.
Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur.
Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.