ELM

“Sehirli göbələklər” daltonizmlə mübarizəyə kömək edir

© pixabay / SkitterphotoГлаза девушки
Глаза девушки - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Bir pasiyent halüsinogen göbələkləri qəbul etdikdən sonra rəngləri ayırmaq qabiliyyətində davamlı yaxşılaşma hiss edib.
BAKI, 3 may - Sputnik. Yeni araşdırmaya görə psilotsibin görüntü emalı imkanlarımızı dəyişdirmək qabiliyyətinə malikdir.
Daltonizm — genetik xəstəlikdir və məlum olduğu kimi müalicə olunmur. Lakin “IFLScience” nəşrinin yazdığına görə, 35 yaşlı pasiyentin qırmızı-yaşıl rəng korluğu hadisəsi bu iddianı şübhə altına alıb.
Tədqiqatçılar qeyd edirlər ki, onların gəldiyi nəticələr halüsinogen göbələkləri qəbul etdikdən sonra rəngləri ayırmaq qabiliyyətində davamlı yaxşılaşma hiss edən bir pasiyent ilə bağlı məlumatlara əsaslanır. İndi tədqiqatın müəllifləri güman edirlər ki, bu klinik hadisə genetik xüsusiyyətlərə baxmayaraq, psilotsibin görüntü emalı imkanlarını dəyişdirmək qabiliyyətinə işarə edə bilər.
Məlumdur ki, pasiyent yüngül deyteranomaliya kimi tanınan daltonizmin ən yayılan formasından əziyyət çəkib. Bu hal dünya üzrə 5 faiz kişi və təxminən 0,4 faiz qadınlara aid edilir və buna səbəb orta dalğa uzunluğuna kiçik həssas kolbalarda olan qüsurdur.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, məhz onlar yaşıl rəngin aşkar edilməsinə görə cavabdehdirlər.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, kişi müxtəlif psixodelik dərmanları sınaqdan keçirib və məqsədli görmə qabiliyyətinin yaxşılaşdırılmasının bəzi yan təsirini aşkar edib. Bu halda o bu dəyişiklikləri tək başına sənədləşdirmək qərarına gəlib və daltonizmin qiymətləndirilməsi üçün çox vaxt istifadə olunan İsixara testini keçirib. Bu testə yalnız rəngləri ayırd edə bilənlərə görünən müxtəlif formalar yarada biləcək şəkildə düzülmüş rəngli nöqtələrdən ibarət bir sıra mozaika daxildir.
Subyekt halüsinogen göbələkləri qəbul etdikdən əvvəl testdən keçib və nəticədə 14 bal toplayıb (ən azı 17 ballıq nəticə normal rəng görmə qabiliyyəti, 13 və ondan aşağı - defisit hesab olunur). Kişinin nəticələri göstərib ki, o, “orta zona”da yerləşir, baxmayaraq ki, bundan əvvəl göz həkimi ona yüngül qırmızı-yaşıl daltonizm diaqnozu qoyub.
Daha sonra kişi 5 qram qurudulmuş halüsinogen göbələklər qəbul edib, ondan sonra sınağı “xoş”, lakin “qeyri-mistik” kimi qiymətləndirib və bir neçə dəfə İsixara testini təkrarlayıb. Maraqlı nəticələr əldə olunub: 12 saatdan sonra o, 15 bal; 24 saatdan sonra — 18 bal; səkkizinci gün — 19 bal; növbəti dörd ayda — 18 bal toplayıb.
Araşdırma müəllifləri bir ildən artıq keçəndən sonra təkrar İsixara testini keçiriblər, nəticələr hələ də ilk nəticədən yüksək — 16 bal olaraq qalıb. Qeyd edək ki, bu nəticə normal görmə qabiliyyəti həddindən aşağıdır, lakin eyni zamanda, sınağın ilkin nöqtəsindən yüksəkdir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu qarşılıqlı əlaqənin əsasında hansı mexanizmin olduğunu anlamaq üçün daha çox laboratoriya sınağı tələb olunacaq. Lakin onlar güman edirlər ki, bu, beyinin rəng qavrayışında mərkəzi rol oynayan bölgəsində "daha yüksək səviyyəli" vizual obrazların emalında dəyişikliklərlə əlaqədar ola bilər
Xəbər lenti
0