Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

“Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək - Prezident

© Official website of President of Azerbaijan Republic“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformalar
“Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformalar - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Dövlətimizin başçısı bildirib ki, Avropada interkonnektorlar vaxtında tikilsə, Azərbaycan bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilər.
BAKI, 3 may - Sputnik. "Biz “Şahdəniz” yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez biz “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. “Abşeron” yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İlk mərhələdə “Abşeron” yatağından 1,5 milyard kubmetr qazın əldə olunacağını vurğulayan dövlətimizin başçısı daha sonra həmin qazın hansı bazara nəql ediləcəyinə dair qərar veriləcəyini vurğulayaraq bildirib:

“Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var və BP ilə SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və” Babək” yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. “Qarabağ” neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır”.

© Photo : SOCARTrans-Anadolu Qaz Boru Kəmərində (TANAP) tikinti işləri, arxiv şəkli
Строительные работы трансанатолийского газопровода (TANAP), фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) tikinti işləri, arxiv şəkli
TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb:

“TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0