Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Parklardakı attraksionlar yaz-yay mövsümünə hazırdırmı? Reportaj-VİDEO

© Sputnik / Murad OrujovBakıda attraksion, arxiv şəkli
Bakıda attraksion, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bəzi parklar onların balansında olsa da, digərləri Bakı Abadlıq Məhdud Məsuliyyətli Cəmiyyətin və özəl şirkətlərin tabeliyindədir.
BAKI, 3 may — Sputnik. Bakıda havaların isinməsi parklarda, istirahət məkanlarında attraksionların təhlükəsizliyi və qiymətləri məsələsini gündəmə gətirib. ATV telekanalı bununla bağlı paytaxtda yerləşən parklardan reportaj hazırlayıb.
Reportaj zamanı məlum olub ki, parklarda fəaliyyət göstərən attraksionlar hələ yay mövsümünə tam hazır vəziyyətə gətirilməyib. Attraksionların çoxu çirkli və köhnədir. Eləcə də attraksiyonların işləməsi üçün quraşdırılan elektrik avadanlıqları açıq şəraitdə, uşaqların əli çatan yerlərdə qoyulub.
Həmçinin parklardakı attraksionlar uşaqların istifadəsi üçün quraşdırılsa da, qiymətlər baha olduğundan valideynlər uşaqların istədikləri qədər əylənə bilmədiyini söyləyiblər. Onların sözlərinə görə, parklarda quraşdırılan attraksionlardan bir dəfəlik istifadə müddəti çox azdır. Bunun müqabilində tələb olunan məbləğ isə çox yüksəkdir.
Onlar bildirib ki, attraksionlarda beş dəqiqə əyləncənin qiyməti 2 manatdır.
Bundan əlavə məlum olub ki, parklardakı atraksionlarda qiymətlər arasında da kəskin fərqlər var.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bəzi parklar onların balansında olsa da, digərləri "Bakı Abadlıq" Məhdud Məsuliyyətli Cəmiyyətin və özəl şirkətlərin nəzdindədir.
Parklardakı attraksionlar da özəl şirkətlərə məxsusdur. Attraksionlara vahid qiymətin qoyulması barədə də qanunvericilikdə tələb yoxdur. Qiymətləri özəl şirkətlər özləri müəyyən edir.
Qeyd edək ki, hər il Bakıda mexanikləşdirilmiş attraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə qiymətləndirmə aparılır. Yaz-yay mövsümünün başlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən attraksionlara baxış keçirilir. Hansısa qəzalı vəziyyət olduqda dərhal müdaxilə edilir və problem aradan qaldırıldıqdan sonra insanların istifadəsinə verilir.
Eyni zamanda, attraksionlarda fəaliyyət göstərən işçilərin bilikləri yoxlanılır, müayinədən keçirilir, daha sonra onlara sertifikatlar təqdim olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
karusel - Sputnik Azərbaycan, 1920, 21.06.2022
HADİSƏ
Gəncədəki qəza ilə bağlı karuselin sahibi etiraf etdi
Xəbər lenti
0