https://sputnik.az/20220621/gencedeki-qeza-ile-bagli-karuselin-sahibi-etiraf-etdi-443155324.html
Gəncədəki qəza ilə bağlı karuselin sahibi etiraf etdi
Gəncədəki qəza ilə bağlı karuselin sahibi etiraf etdi
Sputnik Azərbaycan
Gəncə çayı sahilində yerləşən parkda qeydə alınan hadisəyə attraksionda olan nasazlıq səbəb olub. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T15:55+0400
2022-06-21T15:55+0400
2022-06-21T16:17+0400
qəza
hadisə
gəncə
attraksion
https://cdnn1.img.sputnik.az/img/41580/95/415809570_0:205:2000:1330_1920x0_80_0_0_07a5d23696f68213bff45a9ea7642d63.jpg
BAKI, 21 iyun — Sputnik, Rahim Məmmədov. Uşaqların sevimli məkanlarından biri də parklar, oradakı attraksionlardır. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə belə məkanlar çoxdur. Burada quraşdırlan qurğular bəzən əylənməyə çalışan uşaqlar üçün təhlükəli olur. Sputnik Azərbaycan xəbər verir ki, Gəncə çayının sahilində, Bayraq meydanı ərazisində quraşdırlan attraksionlardan birində baş verən qəza 12 yaşlı uşağın xəsarət alması ilə nəticələnib. 2010-cu il təvəllüdlü N.Abbasova xəstəxanaya yerləşdirlib. Uşağa tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə sahibkar Həsən Həsənov jurnalistlərə açıqlamasında qəzanın nasazlıq səbəbindən baş verdiyini bildirib:“Hər gün attraksionların nasazlığı yoxlanılır, amma bu dəfə gözlənilməz bir hadisə olub. Belə ki, hərəkətdə olan vaqon korpusdan aralanıb və hündürlükdə deyil, aşağıda çevirilib. Uşaqda həmin hissəyə yıxlıb. Açıq-aydın görülür ki, buradan yıxılan uşaq o qədər də ciddi xəsarət ala bilməz. Bunu kimlərsə qəsdən şişirdirlər. Hazırda uşaq xəstəxanadadır. Həmin dəqiqə apardıq, “Beynəlxalq”, ardınca Mərkəzi Klinik Xəstəxanaya, xərcləri də ödənilib. Vəziyyəti normalıdır, özünüzdə maraqlana bilərsiniz. Bu attraksiona 7 yaşdan yuxarı uşaqlar minə bilər. Son olaraq deyim ki, uşaqda ciddi bir problem yoxdur, sadəcə əziklər var. Hazırda həkim nəzarəti altındadır”.Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41580/95/415809570_227:0:2000:1330_1920x0_80_0_0_01663c5002f2a7d3af84db843cab7789.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, gəncə, attraksion
Gəncədəki qəza ilə bağlı karuselin sahibi etiraf etdi
15:55 21.06.2022 (Yenilənib: 16:17 21.06.2022) Gəncə çayı sahilində yerləşən parkda qeydə alınan hadisəyə attraksionda olan nasazlıq səbəb olub.
BAKI, 21 iyun — Sputnik, Rahim Məmmədov. Uşaqların sevimli məkanlarından biri də parklar, oradakı attraksionlardır. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə belə məkanlar çoxdur. Burada quraşdırlan qurğular bəzən əylənməyə çalışan uşaqlar üçün təhlükəli olur. Sputnik Azərbaycan xəbər verir ki, Gəncə çayının sahilində, Bayraq meydanı ərazisində quraşdırlan attraksionlardan birində baş verən qəza 12 yaşlı uşağın xəsarət alması ilə nəticələnib. 2010-cu il təvəllüdlü N.Abbasova xəstəxanaya yerləşdirlib. Uşağa tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə sahibkar Həsən Həsənov jurnalistlərə açıqlamasında qəzanın nasazlıq səbəbindən baş verdiyini bildirib:
“Hər gün attraksionların nasazlığı yoxlanılır, amma bu dəfə gözlənilməz bir hadisə olub. Belə ki, hərəkətdə olan vaqon korpusdan aralanıb və hündürlükdə deyil, aşağıda çevirilib. Uşaqda həmin hissəyə yıxlıb. Açıq-aydın görülür ki, buradan yıxılan uşaq o qədər də ciddi xəsarət ala bilməz. Bunu kimlərsə qəsdən şişirdirlər. Hazırda uşaq xəstəxanadadır. Həmin dəqiqə apardıq, “Beynəlxalq”, ardınca Mərkəzi Klinik Xəstəxanaya, xərcləri də ödənilib. Vəziyyəti normalıdır, özünüzdə maraqlana bilərsiniz. Bu attraksiona 7 yaşdan yuxarı uşaqlar minə bilər. Son olaraq deyim ki, uşaqda ciddi bir problem yoxdur, sadəcə əziklər var. Hazırda həkim nəzarəti altındadır”.
Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.