https://sputnik.az/20230503/neft-bazarinda-diqqetler-fed-in-faiz-qerarina-yonelib---qiymet-dusur-454422692.html
Neft bazarında diqqətlər FED-in faiz qərarına yönəlib - Qiymət düşür
Neft bazarında diqqətlər FED-in faiz qərarına yönəlib - Qiymət düşür
Sputnik Azərbaycan
Bu gün ABŞ Mərkəzi Bankının (FED) faizləri qaldıracağı gözlənilir. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T10:47+0400
2023-05-03T10:47+0400
2023-05-03T10:47+0400
neft-qaz
"azerilight" markalı neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243284_0:159:3078:1890_1920x0_80_0_0_5eef9549a165d224ebb6d12ddbe472db.jpg
BAKI, 3 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 75,25 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 71,54 dollar təşkil edib. Dünya bazarında Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 4,76 dollar azalaraq 79,04 dollar olub. Qeyd edək ki, ABŞ Mərkəzi Bankının (FED) faiz qərarı öncəsi neft ucuzlaşıb. FED-in faizləri qaldıracağı gözlənilir. Digər tərəfdən, dünyanın ən böyük neft idxalçısı olan Çində COVID-19 sonrası iqtisadi bərpa yavaşlamağa başlayıb, gözləniləndən daha zəif ticarət məlumatları neft bazarlarına mənfi təsir edib. Faiz dərəcələrinin qaldırılması və iqtisadi artımın pisləşməsi gözləntiləri neftə tələbin azala biləcəyi ilə bağlı narahatlıqları artırıb. İndi bütün diqqətlər FED-in çərşənbə günü keçiriləcək iclasının nəticələrinə yönəlib. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243284_174:0:2905:2048_1920x0_80_0_0_1bf4cea36ec7d5e1fd632753427a5cf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azerilight" markalı neft, qiymət
"azerilight" markalı neft, qiymət
Neft bazarında diqqətlər FED-in faiz qərarına yönəlib - Qiymət düşür
Bu gün ABŞ Mərkəzi Bankının (FED) faizləri qaldıracağı gözlənilir.
BAKI, 3 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 75,25 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 71,54 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 4,76 dollar azalaraq 79,04 dollar olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının (FED) faiz qərarı öncəsi neft ucuzlaşıb. FED-in faizləri qaldıracağı gözlənilir.
Digər tərəfdən, dünyanın ən böyük neft idxalçısı olan Çində COVID-19 sonrası iqtisadi bərpa yavaşlamağa başlayıb, gözləniləndən daha zəif ticarət məlumatları neft bazarlarına mənfi təsir edib.
Faiz dərəcələrinin qaldırılması və iqtisadi artımın pisləşməsi gözləntiləri neftə tələbin azala biləcəyi ilə bağlı narahatlıqları artırıb. İndi bütün diqqətlər FED-in çərşənbə günü keçiriləcək iclasının nəticələrinə yönəlib.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.