https://sputnik.az/20230503/mingecevirde-kicikhecmli-gemilerin-dayanacagi-ucun-bazanin-fealiyyeti-dayandirilib---vdeo-454450710.html
Mingəçevirdə kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyəti dayandırılıb - VİDEO
Mingəçevirdə kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyəti dayandırılıb - VİDEO
Sputnik Azərbaycan
Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T21:21+0400
2023-05-03T21:21+0400
2023-05-03T21:21+0400
mingəçevir
cəmiyyət
kiçik
gəmi
baza
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454450544_22:0:1236:683_1920x0_80_0_0_c5071f824c39faa1e14df038810bc2af.jpg
BAKI, 3 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ölkə ərazisində kiçikhəcmli gəmi və su nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların təhlükəsiz istismarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu çərçivədə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsindəki Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.Belə ki, dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb. Avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil. Texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkarlanmış Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsindəki kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454450544_174:0:1085:683_1920x0_80_0_0_9502496296760e67fcd3718ae1732a60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mingəçevir, kiçik, gəmi, baza
mingəçevir, kiçik, gəmi, baza
Mingəçevirdə kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyəti dayandırılıb - VİDEO
Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.
BAKI, 3 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ölkə ərazisində kiçikhəcmli gəmi və su nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların təhlükəsiz istismarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu çərçivədə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsindəki Sahil parkında – Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Belə ki, dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb. Avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil. Texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkarlanmış Mingəçevir şəhərinin Nigar Rəfibəyli küçəsindəki kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.