Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə mikroavtobusla yük maşını toqquşub, ölənlər və xəsarət alanlar var

© Photo : REPORTKürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb
Kürdəmirdə mikroavtobus KamAZa çırpılıb - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
"Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
BAKI, 3 may — Sputnik. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
(Report.az)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0