https://sputnik.az/20230503/fovqelade-hallar-nazirliyi-ehaliye-muraciet-edib---vdeo-454421863.html
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - VİDEO
Sputnik Azərbaycan
“Xüsusi icazə”si olmadan yanacaq çənlərinin istismar edilməsi, o cümlədən plastik qablarda satışı qanunla qadağandır. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T23:01+0400
2023-05-03T23:01+0400
2023-05-03T23:01+0400
fövqəladə hallar nazirliyi
cəmiyyət
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450880535_11:0:1643:918_1920x0_80_0_0_9eef6a81be2a3c5345c2c4c11b7ba0fb.jpg
BAKI, 3 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik tələblərinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir. Nazirlikdən bildiriblər ki, bu çərçivədə həyata keçirilən tədbirlər zamanı bəzi işbazlar tərəfindən qanunvericiliyin, habelə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə həyətyanı sahələrdə, əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərində yanacaq çənlərinin yerləşdirilərək istismar edilməsi, yanacağın plastik qablarda satışının təşkili faktları aşkar olunur.Bu isə ciddi pozuntu olmaqla, orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi ilə insan həyatı və sağlamlığını real təhlükə ilə üz-üzə qoyur. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, "xüsusi icazə"si olmadan yanacaq çənlərinin istismar edilməsinin, o cümlədən plastik qablarda satışının qanunla qadağan olunduğunu xatırladır və vətəndaşlar tərəfindən belə faktlar aşkar olunduqda Nazirliyin "112" qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450880535_215:0:1439:918_1920x0_80_0_0_35af7e7bb63351a32b6a0401de6e78ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fövqəladə hallar nazirliyi, müraciət
fövqəladə hallar nazirliyi, müraciət
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - VİDEO
“Xüsusi icazə”si olmadan yanacaq çənlərinin istismar edilməsi, o cümlədən plastik qablarda satışı qanunla qadağandır.
BAKI, 3 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik tələblərinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən bildiriblər ki, bu çərçivədə həyata keçirilən tədbirlər zamanı bəzi işbazlar tərəfindən qanunvericiliyin, habelə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə həyətyanı sahələrdə, əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərində yanacaq çənlərinin yerləşdirilərək istismar edilməsi, yanacağın plastik qablarda satışının təşkili faktları aşkar olunur.
Bu isə ciddi pozuntu olmaqla, orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi ilə insan həyatı və sağlamlığını real təhlükə ilə üz-üzə qoyur. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, "xüsusi icazə"si olmadan yanacaq çənlərinin istismar edilməsinin, o cümlədən plastik qablarda satışının qanunla qadağan olunduğunu xatırladır və vətəndaşlar tərəfindən belə faktlar aşkar olunduqda Nazirliyin "112" qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.