DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan işğal altında saxladığı torpaqların azad edilməsini həzm edə bilmir - Çavuşoğlu

© AP Photo / Andrew MedichiniMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycanla da məsləhətləşmələr edilərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atılıb.
BAKI, 3 may — Sputnik. "Biz Azərbaycanla bərabər Qarabağ savaşı bitdikdən sonra Ermənistanla münasibətlərimizi normallaşdırmaq istədik. Azərbaycan Ermənistana sülh təklif etdi. Bu bir səmimiyyətdir, konkret addımdır. Ancaq Ermənistan 30 il işğal etdiyi torpaqları öz torpaqlarıymış kimi qəbul edib. Bir gün bu torpaqların azad ediləcəyini unutmuşdu və indi bunu həzm edə bilmir". Bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, başqasının torpağında hökmranlıq uzun müddət davam edə bilməz:
"Azərbaycan öz torpaqlarını Ermənistandan geri alıb. Ermənilər isə davamlı olaraq Qarabağa silah daşıyırlar, müxtəlif gərginliklər yaradırlar. Azərbaycan da buna cavab olaraq həm siyasi, həm də hərbi addımlar atır. Biz hər zaman Azərbaycanı dəstəkləyirik və onun yanındayıq".
Çavuşoğlu bildirib ki, Azərbaycanla da msələhətləşmələr edilərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atılıb:

"Buna misal olaraq deyə bilərəm ki, Ermənistan üçün hava məkanımızı açdıq, birbaşa uçuşlar, karqo ticarəti başladı. Quru sərhədlərinin açılması ehtimalına görə sərhəd yerlərində fəaliyyətlər icra etməyə başladıq. Biz bu dialoqu başladanda nə Ermənistan bizə qondarma soyqırımı qəbul et demişdi, nə də biz bundan əl çəksəniz dialoq davam edəcək demişdik. Çünki hər iki tərəfin də mövqeyi bəllidir. Biz açıq və şəffaf şəkildə komissiya qurulmasını təklif edirik, inşallah Ermənistan bir gün buna razılıq verər. Çünki bu tarixi elm adamlarının araşdırması lazımdır".

"Bizim diplomatlarımızı və ötən əsrin 20-ci illərində azərbaycanlıları şəhid edən "Nemesis" terrorçularına qoyulmuş abidə onları ucaltmaq məqsədi daşıyır. Dolayısı ilə təhlükəsizlik təşkilatlarından sonra ən çox şəhid vermiş qurumun rəhbəri olaraq mənim bunu normal qarşılamağım mümkün deyil. Bununla bağlı Ermənistan tərəfinin açıqlamalarını da səmimi və doğru hesab etmirəm. Ermənistan tərəfi bu son addımları ilə xoşniyyətli olmadığını göstərir. Bunun qarşılığında biz əlimiz, qolumuz bağlı dayanmayacaqdıq. Nəticə olaraq Ermənistan təyyarələri üçün hava məkanını bağladıq. Əgər bunu davam etdirərlərsə, növbəti addımları da atacağıq", - deyə Çavuşoğlu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0