Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib

© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Xüsusi təyinatlılarımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.
BAKI, 3 may - Sputnik. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib.
© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib
Hərbçilərimiz Azərbaycan Respublikasının üçəngli bayrağını dalğalandırıb və Dövlət himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0