https://sputnik.az/20230503/bu-gun-umumdunya-metbuat-azadligi-gunudur-454423704.html
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür
Sputnik Azərbaycan
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T11:03+0400
2023-05-03T11:03+0400
2023-05-03T11:17+0400
cəmiyyət
mətbuat
azadlıq
gün
medianın inkişafı agentliyi
https://cdnn1.img.sputnik.az/img/41928/86/419288652_0:13:2000:1138_1920x0_80_0_0_48acee6bf965a6f6d7a7505dd1429c14.jpg
BAKI, 3 may — Sputnik. Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Dünyada ən qədim informasiya vasitəsi qəzetlər hesab edilir. Qəzet və jurnallar uzun illər ərzində bütün dünyada məlumat mənbəyi kimi istifadə olunub. Hazırda isə qəzet və jurnalları müasir dövrdə mobil telefonlar, televiziyalar və internet əvəz edir. Buna baxmayaraq, insanlar arasında çap mediasına hələ də böyük tələbat var. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Müstəqil Azərbaycan dövləti də ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycanda azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atılıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilib, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb. Ulu Öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlayıb. Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallar ilə təltif olunmaları dahi Liderin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verib, milli mətbuatın inkişafında əsaslı dönüş yaradıb. 2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərib. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynayır. Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizdə jurnalistlərin mənzillərlə təmin olunması, müxtəlif orden və medallar, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə "Media haqqında" yeni qanunun tətbiq edilməsi ölkəmizdə dövlətin azad mətbuatın inkişafına töhfələri kimi qiymətləndirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41928/86/419288652_63:0:1836:1330_1920x0_80_0_0_5f88520b548353d5c050f2eef8419089.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mətbuat, azadlıq, gün, medianın inkişafı agentliyi
mətbuat, azadlıq, gün, medianın inkişafı agentliyi
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür
11:03 03.05.2023 (Yenilənib: 11:17 03.05.2023) 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.
BAKI, 3 may — Sputnik. Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Dünyada ən qədim informasiya vasitəsi qəzetlər hesab edilir. Qəzet və jurnallar uzun illər ərzində bütün dünyada məlumat mənbəyi kimi istifadə olunub. Hazırda isə qəzet və jurnalları müasir dövrdə mobil telefonlar, televiziyalar və internet əvəz edir. Buna baxmayaraq, insanlar arasında çap mediasına hələ də böyük tələbat var.
XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.
Müstəqil Azərbaycan dövləti də ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycanda azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atılıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilib, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb.
Ulu Öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlayıb.
Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallar ilə təltif olunmaları dahi Liderin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verib, milli mətbuatın inkişafında əsaslı dönüş yaradıb.
2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərib. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynayır.
Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizdə jurnalistlərin mənzillərlə təmin olunması, müxtəlif orden və medallar, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə "Media haqqında" yeni qanunun tətbiq edilməsi ölkəmizdə dövlətin azad mətbuatın inkişafına töhfələri kimi qiymətləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.